Metroda sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? – AÇIQLAMA

Bir neçə gündür ki, “Bakı Metropoliteni”nin “28 May” stansiyasının platformasında müxtəlif musiqilər səsləndirilir. Metropolitenin bu addımı pozitivliyə hesablansa da, səsləndirilən mahnılar arasında həm də xarici musiqilərə üstünlük verilməsi sərnişinlər arasında birmənalı qarşılanmayıb. Əksər vətəndaşlar bununla bağlı narazılıqlarını da dilə gətiriblər. Belə ki, ötən gün “28 may “ metrostansiyasının platformasında “Sarı gəlin” xalq mahnısı səsləndirilsə də, bu gün səhər saatlarında Türkiyənin “Ah İstanbul” musiqisinə yer verilib. Elə narazılıqlar da bundan sonra başlayıb. Əcnəbilərin də istifadə etdiyi ictimai nəqliyyatda Azərbaycan mahnıları deyil, həm də xarici ölkələrin musiqilərinin təbliğ olunması tənqidlə qarşılanıb. Sərnişinlərin çoxu Azərbaycanın paytaxtı Bakıda İstanbulla bağlı musiqinin səslənməsini doğru addım hesab etməyiblər. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov "Bizim.Media"ya açıqlamasında sözügedən yeniliyin səbəbini səs və aidiyyəti texniki qurğuların yoxlanılması ilə əlaqələndirib.
Qurum rəsmisinin İstanbulla bağlı səslənən musiqiyə münasibəti isə belə olub:
“Əsas odur ki, zövqü korlayan bayağı heç nə yoxdur. Heç bir musiqi parçasının xüsusi səbəbi yoxdur, dediyim normalar çərçivəsində olması vacibdir”, - deyə Bəxtiyar Məmmədov qeyd edib.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










