Milli maraqlara xidmətin 22 ili - FOTOLAR
Bu gün respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun nazir təyinatından 22 il keçir. Bu dövr Azərbaycanın dövlətçiliyinə, Konstitusiyasına, konstitusion qurluşuna, xalqımıza qarşı edilən cinayətlərin qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyəti müasir dövrün reallıqlarında daha aydın görünür. Bu illər hər bir azərbaycanlının şüurunda dərinləşən dövlətçilik prinsiplərinin cəmiyyətdə genişlənməsi, qanunun bürokratiya buxovlarından xilas olaraq xalqın əsas ali hüququna çevrilməsi ictimai düşüncəni formalaşdıra bildi. Necə baş verdi bu proses? Keçən dövr onunla əlamətdardır ki, insanların ən sadə hüquqlarının belə etibarlı mühafizəçisinə çevrilən daxili işlər orqanları cəmiyyətin inandığı, dara düşəndə axtardığı ünvan oldu...
Əslində çox maraqlı məsələdi. İnsan hansı cəmiyyətdə özünü yaxşı hiss edir? Bu haqda düşünməyə dəyər!
1994-cü ildə ulu öndər Heydər Əliyev ən mürəkkəb dövrdə, heç kimin gözləmədiyi bir anda Ramil Usubova inanaraq, onu nazir təyin etdi. Dövr mürəkkəb idi, ziddiyyətli proseslər baş verirdi. Daxildə irticaçı qüvvələr meydan sulayır, dövlətin əsas sütunlarından olan daxili işlər orqanları cinayətkar qrupların maskalandığı təşkilata çevrilmişdi. Tarixi əhəmiyyətinə o dövrdə daxili işlər orqanlarının yenidən təşkilatlanması dövrün əsas tələbi idi. Dövlətin dəstəyi ilə, birbaşa Ali Baş Komandan, Prezident Heydər Əliyevin qayğısı ilə hərtərəfli dərin islahatlar qısa müddətdə öz bəhrəsini verməyə başladı. Müstəqil Azərbaycanın tarixində Heydər Əliyev mərhələsinin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapdı. İlk növbədə şəxsi heyətin sıraları təmizləndi, əsl peşəkarlar xidmətə qaytarıldı, ölkədə tüğyan edən cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün zəruri olan kadr potensialı, işgüzar ab-hava yaradıldı. Təyinatdan bir neçə ay sonra 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstərilən zaman,1995 –ci ildə yenidən dövləti dağıtmağa çalışan müxalif qüvvələrin fəallaşması, ondan sonrakı dövrə neçə-neçə terror və təxribatların qarşısının alınmasında daxili işlər orqanları böyük tarixi xidmətlər göstərdi.
Bu gün böyük məmnuniyyət hissi ilə qeyd etmək olar ki, daxili işlər orqanları böyük təcrübə toplamış, qabaqcıl ölkələrin ənənəsindən yararlanmış mütəşəkkil təşkilata çevrilib. İldən-ilə daha da yeniləşən bu təşkilatın formalaşmasına böyük önəm verən, dövlətmizin başçısı İlham Əliyev daxili işlər orqanlarının işinin təkmilləşdirilməsinə və orqanlarda qayda-qanunun, nizam intizamın möhkəmlənməsinə, peşəkarlıq səviyyəsinin yüksəlməsini diqqət mərkəzində saxlayır. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi həyatında son illər müşahidə olunan yüksək dinamizm və inkişaf hər bir vətəndaşın gündəlik həyatında, rifah halında öz əksini tapdığı kimi, daxili işlər orqanlarında fəaliyyətin təkmilləşməsində, şəxsi heyətin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılmasında, struktur qurumların müasir texniki vasitələrlə təminatında və digər mühüm məsələlərin həllində əhəmiyyətli rol oynayır.
Reallıqlar təsdiq edir ki, DİN müstəqil dövlətin nazirliyi kimi dövətçilik ənənəsinin formalaşmasında özünəməxsus yer tutur. Çünki hər bir dövlətin inkişafında onun daxili işlər orqanlarının resursları, elmi-texniki potensialı, cinayətkarlıqa mübarizə imkanları da mühüm rol oynayır. Ümumiyyətlə deməliyik ki, Ramil Usubovun rəhbərliyi altında DİO-nun nun effektiv həyata keçirilən ictimai təhlükəsizlik tədbirləri keyfiyyət və kəmiyyət baxımından “dövlət siyasətinin mərkəzində vətəndaş dayanır” prinsipinə əsaslanır. Artıq azərbyacanlı şüurunda bir əsas fikir formalaşıb ki, polis sağlam həyat tərzi keçirən, qanunlara əməl edən, insan hüquqlarına hörmət bəsləyən insanlara etimadla yanaşır. Dünyada hər dövlət polis orqanlarınını özünəməxsus təməl prinsipləri əsasında formalaşdırıb. Şübhəsiz, digər ölkələrin təcrübəsi də öyrənilir, nəzərə alınır. Ümumən, bütün dünya ölkələri müsbət təcrübədən bəhrələnir və bu çox vacib bir faktordur. Lakin islahatlar təqlidçilik və kampaniya xarakteri daşımır, davamlı xarakterə çevrilib, yerli şəraitə uyğunlaşdırılır. Bu baxımdan, Azərbaycanın daxili işlər orqanlarında aparılan islahatların da əsas qayəsi - fəaliyyətin təkmilləşməsi, müasirləşməsi, milli maraqlara xidmətdir.
Dünya Azərbaycana gəlir, biz artıq əvvəlki kimi deyilik, xeyli dəyişdik, sadəcə, sözdə, formal şəkildə yox, artıq etiraf olunur: Azərbaycanda sabitlik cəmiyyətin həyat tərzinə çevrilib. Belə bir vəziyyətimizdə Azərbaycan vətəndaşının birinci borcu qanunlara əməl etməkdir. Doğrudur ki, qanun əsasında yaşayanlar, cəmiyyətin nizam qaydalarını pozmayanlar üçün polis onun arxalandığı, çətin anında kömək gözlədiyi dövlət təmsilçisidir. Ədalətin bərpa olunmasında vətəndaş birinci polisi axtarır. Əgər ədalət bərabərlikdirsə və bu demokratiyanın mühüm əlaməti hesab olunursa, hamılıqla qəbul olunan normalara ehtiramla yanaşmalıyıq. Cəmiyyət üçün risk yaradan hər bir hala qarşı mübarizədə o qədər barışmaz, fəal olmalıyıq ki, qayda-qanun cəmiyyətdə hakim olsun. Ramil Usubovun nazir kimi fəaliyyəti məhz bu məqamı aşılayır ki, cəmiyyətdə ictimai sabitliyin dayanıqlığı təmin olunsun. Belə mükəmməl ideloji prinsiplərə söykənən cəmiyyətin həyat vərdişləri təəsübkeşlikdən doğur. İnsan hüquqlarından, vəzifə və səlahiyyətlərdinən asılı olmayaraq, öz məsuliyyətini dərk edəndə təəsübkeş olur. DİO-nun hər bir strukturuna vətəndaşlar tərəfindən ünvanlanan hər bir müraciət - şikayət, ərizə və təklif diqqətlə öyrənilir, araşdırılır və müvafiq ölçülər götürülür. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində vurğulamışdır ki, fəaliyyətin elə istiqamətləri də var ki, orada bu məsələyə daha həssas yanaşmaq və qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmək xüsusilə vacibdir: “İnsan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətin yüksələn xətt üzrə inkişaf etməsi artıq faktdır. Əldə olunan uğurlar isə bizdə nəinki arxayınçılıq yaratmır, əksinə, onların qorunub saxlanılması və artırılması yönümündə şəxsi heyət böyük səylə çalışır”.
İctimai təhlükəsizliyin təmin edilməsi, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, cənab nazir kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə həssas yanaşır. Bu orqan digərlərinədən fərqli olaraq yaxşı mənada nümunə olub. Əminliklə deyə biləri ki, bu gün ölkəmizin daxili işlər orqanlarında qanunla müəyyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirir. Daxili işlər orqanlarında vəziyyət belədir: "Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır". Bu tələblərə cavab verməyən əməkdaşın daxili işlər orqanlarında xidmət etməyə nə hüquqi, nə də mənəvi haqqı var.
Son 22 il ərzində bu sahədə aparılan məqsədyönlü və səmərəli işlər nəticəsində daxili işlər orqanlarının fəaliyyətində effektiv nəticələr yaranıb, cəmiyyətdə polis nüfuzunu yüksəlib. Daxili işlər orqanları cəmiyyətin bütün təbəqələrin inanıb etibar etdiyi təşkilata çevrilməklə, insanların ən sadə hüquqlarının belə etibarlı mühafizəçisi olmaqla, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.
Elməddin Muradlı