Banner

Minimum əməkhaqqı 15%-ə qədər artırıla bilər – EKSPERTDƏN AÇIQLAMA

Yazarlar 2 İyul 2024 16:28 Oxunub 2914
Minimum əməkhaqqı 15%-ə qədər artırıla bilər – EKSPERTDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 1-dən etibarən ictimai nəqliyyatda gedişhaqları ilə bərabər dizel və Aİ-92 markalı yanacaqların da qiymətləri bahalaşıb. Bahalaşma olan istiqamətlər təkcə bunlarla da bitmir.

Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobusların, rayonlararası nəqliyyat vasitələrinin və dərmanların da qiymətlərində artım edilib.

Edilən artımlardan sonra əhalini narahat edən mövzu minimum əməkhaqının məbləğinin artıb-artmaması məsələsidir.

Məlum olduğu kimi, 2024-cü ilin əvvəlində ölkədə bütün növ pensiyalar indeksləşdirilərək 11,2% artırıldı, lakin minimum əməkhaqqında hansısa artım edilmədi. İlin əvvəlində Milli Məclisin deputatları da minimum əməkhaqqının artırılmasının mütləq olduğunu vurğuladı. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqı ilə bağlı layihələrin noyabrın 1-dək nazirliyə təqdim edilməsini istəyib.

Məsələ ilə bağlı saytımıza açıqlamsında iqtisadçı ekspett Xalid Kərimli deyib ki, bu ilin əvəvlində minimum əməkhaqqına artım edilməməyinin səbəbi bu istiqamətdə kifayət qədər məbləğin ayrıla bilməməsi olub.

“Prezident İlham Əliyev özü də ilin əvvəlində andiçmə mərasimdə qeyd etdi ki, minimum əməkhaqqının məbləği hökuməti də narahat edir və bu məsələnin həlli istiqamətində addımlar atılacaq.

Doğrudur, iyulun 1-dən bir sıra istiqamətlərdə qiymət artımları oldu. Hətta gözlənilir ki, il ərzində inflyasiya göstəricisi 4%-dən çox ola bilər. Lakin bu o demək deyil ki, minimum əməkhaqqı məbləğində kəskin artım ediləcək”.

Ekspert vurğulayıb ki, hökumət bu ilin əvvəlində inflyasiya məbləğini daha yuxarı, 5%-dən çox gözləyirdi. Lakin atılan addımlar bu göstəricini 4% limitində saxlamağa şərait yaradıb.

“Qiymət artımlarını və inflyasiya göstəricisini nəzərə alsaq, minimum əməkhaqqının təxminən 10-15% artacağını düşünmək olar. Hökumət minimum əməkhaqqı məbləğini kəskin artıra bilmir. Buna səbəb təkcə ölkədə dövlət sektorunda işləyənlərin maaşlarındakı artımlar deyil, həm də özəl sektorda işləyənlərin maaşlarına edilməli olan artırmlardır. Ölkədə hazırda minimum əməkhaqqına işləyən şəxslər var. Əgər bu məbləğ kəskin artırılsa, ölkədə məhsul və xidmətlərin qiymətləri də bahalaşa bilər. Bu da inflyasiya faizlərində artımla nəticələnəcək”.

Xalid Kərimli onu da qeyd edib ki, minimum əməkhaqqı məbləğinin kəskin artırılması ölkədə işsizliyin daha çox artmasına səbəb ola bilər. Buna görə də hökumətin bütün nüansları nəzərə alıb ilin sonunda, ya da gələn ilin əvvəlində daha effektli addımlar atacağı gözlənilir.

“Misal çəkilə bilər ki, Türkiyədə, yaxud digər ölkələrdə minimum əməkhaqqı məbləğinə edilən artımlar daha yüksək olur, niyə bizim ölkəmizdə bu artım faizi daha aşağıdır. Ölkələrin bu mövzuda artım eetməsi onların iqtisadiyyatına bağlı olan məsələdir. Azərbaycanın qeyri-neft sektoru həmin ölkələrlə nisbətdə çox az inkişaf etdiyi üçün minimum əməkhaqı məbləğini təkcə neft sektorundan gələn gəlirlərə bağlamaq səhv addım ola bilər. Ölkəmizdə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən şirkətlərin rəqabətlilik və məhsullarını beynəlxalq bazarlara çıxarma qabiliyyəti aşağı olduğu üçün maaş artırmaqda çətinlik çəkirlər”.

Ekspertlərin fikrincə, ölkədə kənd təsərrüfatında istifadə edilən nəqliyyat vasitələrinin yanacaq növü dizel olduğu üçün ərzaq məhsullarının bahalaşması da qaçılmazdır.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

 

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh