Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq

Yazarlar 4 Fevral 2026 17:53
Moped sürücülərinə VACİB XƏBƏR:  Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin əsas iştirakçıları arasında moped sürücüləri də var. Yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qanunvericilikdə moped sürücüləri ilə bağlı bəzi dəyişikliklər edilib. 

Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, artıq mopedlər də qeydə alınacaq:

"Həmin dəyişikliyə əsasən, moped artıq dövlət qeydiyyatına alınacaq. Onları idarə edən şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq. Bu da mopedləri idarə edənlərin daha məsuliyyətli olmasına gətirib çıxaracaq. 

Mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsinin tələb edilməsi mart ayının sonlarından tələb ediləcək. Kameralar vasitəsi ilə onların törətdiyi qayda pozuntuları da qeydə alınacaq". 

Qeyd edək ki, istənilən halda bütün yol hərəkət iştirakçıları qaydalara riayət etməlidirlər. Çünki burada tək səhv insan həyatına başa gələ bilər. 

Oxunub 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh