Banner

Motosiklet qəzalarının sayı niyə artıb? - AÇIQLAMA

Yazarlar 5 Noyabr 2024 00:00 Oxunub 446
Motosiklet qəzalarının sayı niyə artıb? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürət və çeviklik baxımından üstünlüyü ilə seçilən motosikletlər nəqliyyat vasitəsi kimi geniş yayılıb. Onlar xüsusən də gənclər arasında populyarlıq qazanıb. Motosikletlər yol hərəkətində digər nəqliyyat vasitələrinə nisbətən daha həssasdır. Çünki onların ölçüləri kiçik, sürət potensialı isə yüksəkdir. Digər tərəfdə, bu nəqliyyat vasitələrindən poçt və çatdırılma xidmətlərində də istifadə olunur. Paytaxt yollarında tez-tez tıxaclar yarandığından motosiklet sürücüləri maşınların arası, hətta piyada səkiləri ilə hərəkət edərək, ünvana tez çatmağa çalışırlar. Elə buna görə də son vaxtlar motosiklet qəzalarının sayının artıdığı müşahidə olunur. Təəssüf ki, bu qəzalar zamanı ölənlərin də sayı çox olur. Statistika da bunu təsdiq edir. Belə ki, hər il orta hesabla Azərbaycanda 50-yə yaxın motosklet qəzası baş verir. Ölənlərin sayı 10-20 nəfər aralığında dəyişir, yaralananların sayı isə bundan 3-4 dəfə çox olur.

Yeri gəlmişkən, bu gün Səbail rayonu, 20-ci sahə dairəsində motosiklet yolu keçən piyadanı vuraraq öldürüb.

Bəs, belə qəzaların qarşısını almaq və ya sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti İlqar Hüseynov "Bakupost"a bildirib ki, bu tip qəzaların əsas səbəbi daşıyıcı şirkətlərdə çalışan işçilərin sürət həddini aşmasıdır.

Bakupost.az

Onun sözlərinə görə, belə qəzalar əsasən, çatdırılma, daşıyıcı şirkətlərdə çalışan şəxslər tərəfindən törədilir:

"Müştəri məmnuniyyəti, verilən sifarişin ünvana tez çatdırılması kimi hallar səbəbindən sürücülər sürət həddini aşır. Bu da xoşagəlməz halların baş verməsinə səbəb olur. Son zamanlar velosiped sürməyi bacaran şəxsləri motosiklet arxasında görmək çox qorxuludur. Dövlət Yol Polis İdarəsi tərəfindən motosiklet sürücülərinə xüsusi diqqət edilməlidir. Sürücülük vəsiqələri yoxlanmalı, onlar vaxtaşırı təlimlərə cəlb edilməlidirlər.”

Digər nəqliyyat eksperti Elməddin Muradlı motosiklet qəzalarının artmasının sürücülərin qaydaları tam bilməməsi ilə bağlı olduğunu qeyd edib:

Bakupost.az

“Motosikletlərin iştirakı ilə baş verən qəzaların bir çox səbəbləri var. İlk növbədə sürücülərin məsuliyyət məsələsini qeyd edə bilərəm. Sadəcə motosiklet deyil, moped sürücüləri də yol hərəkəti qaydalarına əməl etmirlər. Daha dərindən araşdırsaq görərik ki, əksəriyyəti yol hərəkəti qaydalarını tam mənimsəməyib və ya qaydaları bilirlər, ancaq əməl etmirlər. Bəzən motosiklet sürücülərində yanlış düşüncə formalaşır. Elə fikirləşirlər ki, yol hərəkəti qaydalarının onlara aidiyyatı yoxdur. Ancaq motosiklet, moped, velosiped, hətta skuter sürücüləri belə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Mopedlər 50 kub santimetrdən aşağı mühərrikə malikdirsə, dövlət qeydiyyat nişanı tələb olunmur. Sürücü isə vəsiqə almaq üçün imtahan vermir. Motosiklet sürücüləri A və ya A1 alt kotiqoriya sürücülük vəsiqəsi almalıdır. Bəzən hətta motosiklet sürücüləri məsuliyyətdən yayınmaq üçün dövlət nişanını çıxarıb elə istifadə edirlər. Qanuna görə isə onların sürəti 50 km/saatdan yuxarı olmamalıdır. Cərimə meydançalarında həddindən artıq motosiklet və moped var. Lakin bu qədər cəzanın tətbiq edilməsi qayda pozan sürücülərə təsir etmir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh