Mübahisəli DYP cərimələri zamanı bu addımı atın, əks halda... - VACİB AÇIQLAMA

Azərbaycanda sürücülərin üzləşdiyi əsas problemlərdən biri də Dövlət Yol Polisi İdarəsi (DYPİ) tərəfindən tətbiq edilən mübahisəli cərimələrdir. Lakin belə hallarda vətəndaşların hüquqlarını qorumaq və cəriməyə qarşı şikayət vermək imkanları mövcuddur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Konkret.az”a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, əgər Dövlət Yol Polisi (DYP) vətəndaşı cərimələyibsə və bu, mübahisə doğurursa, o zaman birbaşa protokola deyil, yalnız qəbul edilən qərara qarşı məhkəməyə şikayət verilə bilər.
“Qanunvericiliyə əsasən, məhkəmələr yalnız qərardan verilən şikayətləri araşdırır. Bu səbəbdən vətəndaş mütləq şəkildə DYP tərəfindən qəbul olunmuş qərarın surətini əldə etməlidir. Qərardan şikayət etmək üçün vətəndaşa 20 gün müddət verilir. Lakin qərarın əldə edilməsi həmişə asan olmur. Çünki bu sənəd əsasən DYP-nin rəsmi portalında yerləşdirilir və vətəndaşa yalnız onun sorğusu əsasında təqdim olunur. Ona görə də vətəndaşlar qərarın surətini mütləq şəkildə almalı və şikayət ərizəsinə əlavə etməlidirlər”.

Vəkil qeyd edib ki, şikayət ərizəsində hadisənin təfərrüatları əksini tapmalı, əgər varsa, sübutlar əlavə edilməli və ərizənin sonunda cərimənin ləğvi və qərarın hüquqi qüvvədən salınması tələb olunmalıdır. Müraciət isə hadisənin baş verdiyi ərazi üzrə aidiyyəti rayon məhkəməsinə edilməlidir”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










