Reklam

Müharibədə yapon pilotlarla bağlı qorxunc həqiqətlər - Onlar insan deyildilər

Yazarlar 6 Mart 2017 20:45 Oxunub 3967
Müharibədə yapon pilotlarla bağlı qorxunc həqiqətlər - Onlar insan deyildilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar təlimlər zamanı əsl cəhənnəm əzabı çəkirdilər

II Dünya Müharibəsi zamanı Yaponiya ordusunun əsgərləri fədakarlıqları ilə məşhurlaşmışdılar. Piyadalar qeyri-yaşayış adalarını müdafiə edirdilər, dənizçilər dörd bir tərəfi alovlarla əhatələnmiş gəmilərlə mübarizə aparırdılar, lakin bu elitanın əsasını sözügedən "vəhşi" pilotlar təşkil edirdi.

Amerika və Britaniya əsgərləri Yapon qırıcılarının pilotlarına təəccüb edirdilər. Çünki onlar qırıcıları paraşütsüz idarə edirdilər. Və bu məsələyə etinasız yanaşmaları müharibə zamanı bir çox ölkənin diqqətini çəkmişdi. Əslində onlara da paraşüt verilirdi, lakin heç bir pilot onları götürmürdü. Yapon asların (usta pilotlar) bu davranışlarının kökündə isə onların əsl samuraylar kimi yetişmələri dayanırdı. Pilotlar təhsil aldıqları məktəblərdə vəhşi samuray taktikaları öyrənirdilər. Və bu cür dərslərə sadəcə, sərt gənclər dözə bilirdi.

Yaponiyanın ən böyük aslarından biri olan Saburo Sakai “Sutiure” aviasiya məktəbinə 1,5 min gəncin müraciət etdiyini, onlardan 75-nin təhsil aldığını, amma sadəcə, 35 pilotun məktəbdən məzun ola bildiyini deyirdi. Onlar təlimlər zamanı əsl cəhənnəm əzabı çəkirdilər.

Saburonun qeydlərində qələbəyə gedən yolun gənc kursantların iradəsindən keçdiyi yazılıb. Onların ən effektiv metodlarından biri qələbə qazanana kimi mübarizə aparmaq idi. İki pilot “rinqə çıxırdı”, qalib tərəf ərazini tərk edirdi, amma qalib olan digər qrupun üzvü ilə döyüşə davam etməyə məcbur olurdu. Bu isə kursantın 70-ə yaxın insanla vuruşması demək idi. Kursant vuruşmaqdan imtina edirdisə, bu zaman onu uzaqlaşdırırdılar və növbəti gün uduzduğu üçün yenidən rinqə çıxmalı olurdu.

Digər bir ağır məşq polad dirək idi. Gələcəyin qırıcı-pilotları tək əllə həmin dirəyə dırmaşırdılar və 10 dəqiqə ərzində oradan asılı qalırdılar. Kursant dözə bilməyib aşağı düşürdüsə, təlimatçı ona arxadan çubuqla vururdu. Qısa istirahətdən sonra tələbə yenidən cəhd edirdi. Bu təlimdən keçən pilotların hər biri 20 dəqiqə oradan asılı vəziyyətdə qala bilib.

Yapon kursantlara qələbə əzmini aşılamaq üçün digər üsul daha təhlükəli idi. Yaponiya olduqca kiçik adada yerləşsə də, o vaxt pilotlara üzgüçülük dərsləri keçilirdi. Onların çoxu heç vaxt dəniz görməmişdilər və hətta üzməyi də bacarmırdılar. Lakin tələbələrə güzəşt yox idi. Müəllimlər onların belinə ip bağlayıb, gəminin göyərtəsindən suya atırdı...

Pilotlar dənizlərdə ağır şəraitdə hazırlanırdılar. Onlar ciyərlərinin daha çox inkişaf etməsi üçün suda müəyyən vaxt qalmalı idilər. Və bu müddət hər dəfə bir az da artırılırdı. Nəticədə Yapon Hərbi Hava Qüvvələrinin hər bir pilotu suyun altında minimum 90 saniyə qala bilirdi. Sakainin şəxsi rekordu 2 dəqiqə 30 saniyə olub.

Kursantların ən dəhşətli məşqi tramplindən tullanmaq idi. Qırıcının tarazlığı və oriyentasiyanın inkişafı üçün bu, pilotların məcburi təlimi idi. Kursantlar bu amansız təlimdən üzüağ çıxandan sonra daha dəhşətli estafetə keçirdilər. Bu dəfə onlar tramplindən tullanarkən iki və üç dəfə "salto vuraraq", yerə sakit şəkildə enməli idilər. Yəqin ki, onların bəziləri üçün bu məşqin sınıqlar, çıxıqlar, hətta bəzən ölümlə nəticələndiyini demək artıqdır. Lakin onlar bütün bu akrobatik hazırlıqlardan uğurla keçirdilərsə, artıq bu, əyləncə demək idi. Ən azından onlara elə gəlirdi.

Hazırlıqların intensivliyinə baxmayaraq, kursantlar özləri də bəzi vəziyyətlərdən çıxış yolu tapırdılar. Məsələn, gün işığında daha aydın və diqqətli görmək üçün səmada ulduzlara baxırdılar. Hərəkətlərinin dəqiqliyini nəzarətdə saxlamaq üçün gözləri ilə milçəkləri izləyirdilər.

Məşqlərin böyük əksəriyyəti amansız idi. Hətta bəzən tələbələr onları mənasız adlandırırdı. Amma onların bir çoxu həmin məşqlərdən uğurla keçərək, müharibə boyu salamat qala bilib. Saburo Sakai belələrindən idi. Lakin onun dediklərinə görə, heç vaxt Amerika pilotları tərəfindən qəflətən yaxalanacağını düşünmürdü. 1944-cü ilin iyununda Sakai tək gözü ilə 20 dəqiqə ərzində 15 Amerika qırıcısı ilə qarşı-qarşıya idi. Lakin onun təyyarəsi bu müddətdə düşməyib və hətta o, Yapon zenit mexanikası ilə rəqiblərini əzib keçməyi bacarıb.

Sakainin qeydlərinə görə, insanlar üçün “Sutiure” aviasiya məktəbi haqqında danışmaq çətin idi. Çünki orada nə baş verdiyini, kursantların hansı yollardan keçdiyini biləndə dəhşətə gəlirdilər. Bununla bağlı o yazıb:

“Bir dəfə mən və üç pilot əyri-üyrü dağlıq yolla hərəkət edirdik. Sürət həddi lazımından artıq idi. Gözlənilmədən sürücü idarəetməni itirdi və maşın yoldan çıxdı. Heç bir əmr olmadan dördümüz də qapını açdıq və dərhal avtomobildən tullandıq. Hər kəs kiçik xəsarətlərlə xilas ola bildi. Yerdə qalan isə ağaca dəyən maşının parçalanmış hissələri idi”.

Bu cür güclü hazırlıq sistemi yapon aslarının öz ölkəsi üçün nələr edə biləcəyini düşünməyə kifayət edir. Həmin kursantlarda iradə, güc, motivasiya o qədər güclü idi ki, onlar hər hansı uğursuzluğa düçar olacaqlarına heç vaxt inanmırdılar.

Brifinq.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh