Mümkün deyil, sürüşkən material yoxdur - İradlara rəsmi reaksiya

Bir həftədir ki, davam edən qarlı hava şəraiti ilə bağlı olaraq paytaxtın bir çox ərazilərində yerləşən yeraltı keçidlərlə bağlı müxtəlif şikayətlər səsləndirilir.
Avtosfer.az xəbər verir ki, vətəndaşlar bu barədə sosial şəbəkələrdə yazaraq yeraltı keçidlərdə sürüşkən materiallardan istifadə edildiyini bildirirlər.
Paytaxt sakinlərinin sözlərinə görə, sürüşkən material qarlı hava şəraitində yeraltı keçidlərdən istifadə edən piyadaların yıxılmasına və xəsarət almasına səbəb olur.
Sözügedən iradlarla bağlı Ölkə.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli piyada keçidlərində sürüşkən material olmadığını söyləyib:
“Mümkün deyil ki, yeraltı keçiddə sürüşkən materialdan istifadə edilsin və bilərəkdən insanları orada yıxsınlar. Yağan qarın təsirindən sürüşkən ola bilər. Bu, başqa məsələdir. Hətta yeraltı keçidlərə mərmər vurulsa belə, onun üzəri işlənilir ki, sürüşkən olmasın. Əgər sürüşkən hissələr varsa da, üzərinə xüsusi rezinli xətlər qoyulur və yaxud da metlaxın üzərində xətlər vulur. Bu məsələlər nəzərə alınır”, - deyə o əlavə edib.

Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











