Musa Musayev Mədət Quliyevlə bağlı xəbərə belə REAKSİYA VERDİ

"Belə bir məsəl var: Desəm öldürərlər, deməsəm ölləm! Ümumiyyətlə, mən sosial şəbəkələrdə fəalam, eyni zamandadada mətbuatı, saytları və internet televiziyalarını mütəmadi izləyirəm!". Avtosfer.az xəbər verir ki, bunu sabiq YAP-çı deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayev sosial şəbəkə hesabında paylaşıb.
"Nəyi xoşlamıram: digər insanların, kimliyindən asılı olmayaraq şəxsi həyatlarının müzakirələrini gündəmə gətirməyi! Məsələn: Mədət Quliyev boşandı, kimsə kiminləsə evləndi və sairə! Adama deyərlər : sənə nə dəxli var? Ayıb deyilmi, guya bunu yazanların özlərinin problemi yoxdur?
Gündəmi bu mənasəz mövzularla doldurmayın, hörmətli jurnalistlər! Yazmağa mövzu tapmırsınızsa mənə müraciət edin, mən də sizə kömək edim! Bəzən cəlbedici başlıqlar qoyursunuz, baxanda görürsən ki başlığın mövzuya aidiyyatı yoxdur! Təəssüflər olsun ki, Milli Məclis Mətbuat haqqında bu günə qədər normal bir qanun qəbul etməyib. Bundan da süni istifadə olunur və kim nə istəyirsə onu da yazır və paylaşır. Bu bizim mətbuatın faciəsidir! Gələcək nəsillər bunu bizə bağışlamayacaqlar! Senzura olmalıdır, ruslar demişkən: "bezpridelə" son qoyulmalıdır" - Musa Musayev əlavə edib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










