Reklam

​Nəqliyyatda artan münaqişələr: "İnsanların psixoloji durumu..." - Mütəxəssis RƏYİ

Yazarlar 18 İyul 2022 21:10 Oxunub 1974
​Nəqliyyatda artan münaqişələr: "İnsanların psixoloji durumu..." - Mütəxəssis RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son bir neçə həftədə nəqliyyatda baş verən müxtəlif anlaşılmazlıqların və davaların şahidi olduq. Bu cür konfliktlərin tez-tez baş verməsinin səbəbi nədir?  

Sulh.info.az bildirir ki, mövzu ilə bağlı psixoloq Gülnar Orucova saytımıza danışıb. O qeyd edib ki, bu cür halların meydana gəlməsinə səbəb sərnişinlərin aqressiv davranışlarıdır:

“Əslində biz kütləvi nəqliyyat vasitələrini idarə edən insanlara, bizə xidmət edən insanlara hörmət etməyi bacarmalıyıq. Bəzən evimizdə, ailəmizdə olan problemlər bizi tam aidiyyatı olmayan insanlara aqressiya göstərməyə səbəb yaradır. Bu cür halların baş verməməsi üçün biz o sərnişini qınaq obyektinə çevirməliyik. Amma biz neynirik, biz onu etmək əvəzinə sürücünü haqsız çıxarmağa çalışırıq və sürücünü də haqsız çıxarmağa çalışanda nə olur, sürücülərə hörmətsizlik olur.

İnsan özünə hörməti itirməməlidir. Nə olursa olsun. Sürücü bir dayanacaq gec də saxlaya bilər, sürücü haqqını tələb də edə bilər. Necə sürücü məsuliyyətə cəlb olunur, eləcə də sərnişin məsuliyyətə cəlb olunmalıdır. Sərnişinlərə də cəza verilməlidir ki, sərnişinlər sürücülərə hörmətlə yanaşsınlar”.

Məsələ ilə bağlı saytımıza danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu kimi halların baş verməsinə səbəb insanların psixoloji durumlarıdır:

“İctimai nəqliyyatda bu cür konfliktlər baş verir və son zamanlar biz bunu daha çox eşidirik. Bu da insanların psixoloji durumu ilə bağlıdır. Birincisi, gələcəkdə alınacaq avtobusları xüsusi sürücü kabini ilə təmin etmək lazımdır, yəni avtobus salonundan təcrid olunmuş kabinlər olmalıdır. Bu dünyanın bir çox ölkələrində var. Avtobus sürücüləri təcrid olunmuş formada əyləşirlər sükan arxasında. Və istənilən halda odlu silahdan başqa digər heç bir vasitəylə sürücüyə həmin kabində  xəsarət yetirmək mümkün olmur. Çünki sürücü həmin nəqliyyat vasitəsini idarə edən şəxsdir. Onun başına bir iş gəlsə, avtobus qəzaya uğraya bilər, vətəndaşlar yolda qala bilər.

Bizdə  xüsusi təhlükəli hal yoxdu, sadəcə ara sıra dayanacaq üstündə dava düşür, yəni, dayanacaqdan kənar saxlayıb sərnişini düşürməsə başlayır sərnişin dava salmağa ki, “mən burada düşməliyəm, burada saxla”. İndi isti hava olur, sərnişin bəhanə edir ki, mən birdə gedib 300 metr qabaqda düşməyim. Oradan piyada geri qayıtmayım, rahatçılıq üçün. Amma, insanların şüuru, təfəkkürü dəyişilməlidir. Sürücü də bir insandır. Sən gündə bir sürücü görürüsənsə, sürücü gündə yüzlərlə sərnişin görür. Hamısı ilə dialoq qursa, o sürücü də can qalmaz axı. Sürücü gün ərzində təxminən 8000-ə yaxın əməliyyat həyata keçirir. Hərəkət edir, davranış göstərir. Bu onun fiziki durumunun göstəricisidir ki, o hansı hala düşür. Belə olmaz. Yəni bu qeyri-adekvat davranışdır.  Sərnişin öz vəzifələrini bilməlidir. Dayanacaqdan avtobusa minməlidir, avtobusdan da dayanacaqda düşməlidir. Bunun başqa yolu yoxdur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh