Nişanların yox, sürücülərin hökm sürdüyü dairədə hansı problemlər var? - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, bu dəfə DİN-in Ekoloji nəzarət postunun (Ekologiya postu) yaxınlığındakı dairədə yaşanan problem barədə məlumat verilib.
Qeyd edilib ki, burada hərəkət o qədər qarışıq təşkil edilib ki, çox vaxt nişanlara belə məhəl qoyulmur:
"Dairənin bir girişində nişanın dirəyi var, özü yoxdur. Digər tərəfdən gələnlərə "Baş yol", dairədən çıxanlara isə "Yol ver" nişanı qoyulub. Amma nədənsə "Yol ver" nişanının tələbinə riayət etməyənlər də olur. Üçüncü girişdə isə heç bir üstünlük nişanı yoxdur, əvəzində "Dayanma-durma qadağandır" nişanı var".
Vurğulanıb ki, dairənin daxilində iki yerdə "Yol ver" nişanının olması hərəkəti çətinləşdirir. "Burada "Dairə" nişanı olmadığına görə Bakı-Quba magistralı istiqamətində gedən nəqliyyat vasitələri sağdan gələnləri gözləməlidir. Lakin hərəkət əksini göstərir", - deyə əlavə edilib.
Daha ətraflı süjetdə:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










