Niyə avtomobillər alışaraq yanır? - SƏBƏBLƏR - VİDEO

Dövlət Yanğın Nəzarəti Xidmətinin məlumatına görə, 2025-ci ilin ötən dövrü ərzində Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə daxil olan müraciətlərin 100-dən çoxu avtomobil yanğınları ilə bağlı olub. Bəs nə üçün avtomobillər alışaraq yanır?
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyir ki, istər yeni, istərsə də köhnə avtomobillərdə kənar qurğuların, xüsusilə əlavə işıq sistemlərinin quraşdırılması yanğın riskini artırır:
"Bu hallar ilin bütün fəsillərində - həm yayda, həm də qışda baş verə bilər. Xüsusilə avtomobilin istismar müddətinin artması belə halların ehtimalını yüksəldir. Tövsiyə edərdim ki, sürücülər köhnə avtomobillərini mövsüm dəyişikliyinə uyğun olaraq texniki baxışdan keçirsinlər".
Mütəxəssislər onu da bildirirlər ki, kondisioneri işlək vəziyyətdə olan nəqliyyat vasitəsini nəzarətsiz qoymaq da avtomobilin yanmasına səbəb ola bilər.
Fövqəladə Hallar Nazirliyindən qeyd edilib ki, avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırmalı və mühərrik söndürülməlidir. Eyni zamanda, hadisə barədə "112" qaynar xəttinə məlumat vermək lazımdır.
Ətraflı Baku TV-nin süjetində:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











