Övladı evdən qaçan valideynləri hansı cəza gözləyir? – VACİB AÇIQLAMA

Uşaqların, yeniyetmələrin evdən qaçması artıq adi hala çevrilib. Demək olar ki, hər gün belə bir xəbərlə qarşılaşırıq. Əvvəllər kino, seriallarda seyr etdiyimiz, yaxud xarici xəbərlərdən eşitdiyimiz “uşaq evdən qaçıb” ifadəsi indi günümüzün aktual mövzusu olub.
Bəs bu hal niyə cəmiyyətimizi, ələxsus da valideynləri qorxutmur? Ən önəmlisi isə belə hadisələrə təkan verən səbəb nədir?
Avtosfer.az xəbər verir ki, bu barədə "Yenisabah" tanınmış psixoloq Samirə Bağırova ilə bu məsələni müzakirə edib, səbəbləri aydınlaşdırmağa çalışıb. Mütəxəssis saytımıza açıqlamasında bir sıra önəmli məqamlara diqqət çəkib:
“Bu məsələdə hər kəs ayrılıqda günahkardır. Həm televiziya kanalları bu problemi yaymaqla, eyni zamanda yanlış təbliğat aparmış olur, övladı ilə dost ola bilməyən valideynlər ayrıca günahkardır ki, özlərini valideyn kimi inkişaf etdirmirlər, ailəyə cəza tətbiq etməyən polis də ayrıca günahkardır, eləcə də sosial şəbəkələr daxil, çox şeylər bu problemin artmasına səbəbdir”.
Ekspert bildirib ki, övladı evdən qaçan valideynə polis tərəfindən cəza tətbiq edilməlidir:
“Bundan öncəki itkin düşən yeniyetmə qız Gəncədən tapılanda, heç nə olmamış kimi sosial şəbəkədə paylaşıldı və qızı danışdırdılar, vəssalam. Əgər polis bu məsələni daha da ciddiləşdirərək, ailəyə cəza tətbiq etsəydi və bu cəza barədə paylaşımlar olunsaydı, polis tərəfindən eləcə də yeniyetmə qıza ciddi xəbərdarlıq mesajı çəkilib yayılsa idi, digər valideynlərə və yeniyetmələrə kiçik bir dərs olaraq daha diqqətli olmağa sosial çağırış olacaqdı. Qayda- qanunsuzluq, yüngül ya orta cəzaların tətbiq olunmaması istər cəmiyyətdə, istər ailədə xaosa gətirib çıxarır ki, sonra çətin vəziyyətlərin qarşısını almaq getdikcə mümkün olmur”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











