Parklanma üçün yeri düzgün seçməyən sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Avtomobilini parklanma ərazisində park etdikdən sonra ödəniş edən sürücüyə cərimə yazılıb. Söhbət Bakı sakini Pərviz Məmmədovdan gedir.
Avtosfer.az-ın məlumatına görə, o bildirir ki, fevralın 11-də Sarayeva küçəsində avtomobilini park edib. SMS vasitəsi ilə parklanmanı təsdiq edib. Sonradan isə ona avtomobilini qeyd etdiyi məntəqədə park etmədiyinə görə 20 manat məbləğində cərimə yazılıb. Məlum olub ki, eyni küçədə fərqli parklanma qiymətləri tətbiq edilir.
Şikayətçinin sözərinə görə, bu gün faktiki olaraq Bakı şəhərinin müxtəlif ərazilərində bənzər problem yaşanır. Yəni eyni küçədə, hətta bir-birinə cəmi 3-4 metr yaxın olan ərazidə fərqli parklanma tarifləri və nömrələr var. Məhz bu, sürücüləri çaşdıran əsas məsələdir. O həmçinin parklanma ödənişini etdiyi halda cərimələnməsini də düzgün hesab etmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Nazirlər Kabinetinin qərarı ilə ödənişli parklanma zonalarının əhatə etdiyi ərazilərin hüdudları müəyyən edilib. Xətai rayonunun Məhəmməd Hadi küçəsindən Qaçaq Nəbi küçəsinədək 1-ci zona, digər ərazilər isə 3-cü zona kimi müəyyən edilib. Sarayevo küçəsində də 1-ci və 3-cü zonalara uyğun olaraq qiymətlər tətbiq edilir. Küçə boyu hər bir parklanma məntəqəsində parklanmanın həyata keçirməsi qaydalarını əks etdirən məlumat lövhəsi və zona üzrə bir saat üzrə ödənişin məbləği qeyd edilib. Bu prosesin düzgün reallaşdırılmamasına görə məsuliyyət bilavasitə sürücünün üzərindədir.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











