“PAŞA Sığorta”dan ŞİKAYƏT: “Heç usta pulunu da vermirlər”

Jurnalist Samir Feyruzov “PAŞA Sığorta”dan şikayətçidir.
Avtosfer.az “YeniSabah”a istinadən xəbər verir ki, Samir Feyruzov 3 gün əvvəl avtomobil qəzası keçirdiyini bildirilib. O qeyd edib ki, xanım sürücü onun avtomobilini vurub və qəzaya səbəb olduğunu etiraf edib:
“DYP əməkdaşı gəldi, alkotest etdik, daha sonra BŞDYP-yə dəvət olunduq, hadisə operativ şəkildə araşdırıldı, qarşı tərəfin günahkar olduğu aydınlaşdı. Avtomobili vuran qadın günahını etiraf etdi. İndi onun avtomobilini sığorta edən şirkət- yəni, “PAŞA Sığorta” mənim avtomobilimi düzəltdirməlidir”.
Samir Feyruzov deyib ki, “PAŞA Sığorta” onun avtomobilinə dəymiş ziyanı qiymətləndirib. Bu isə elə bir qiymətlədirmə olub ki, dəymiş ziyanın yarısı deyil, heç usta pulunu da qarşılamır:
“Dünya veclərinə deyil, zənglərə cavab vermirlər, 2 dəfə sığortaya getmişəm, dərdimə qulaq asan yoxdur. Saymazyana, kobud münasibət öz yerində! Yaxşı ki, polislər var, yoxsa sığortaya arxayın olsaq, sürücülər bir-birini öldürər. Hadisə yerinə polis cəmi 2 dəqiqəyə gəldi, sığorta əməkdaşı isə 2 saata!”
Sığorta şirkəti isə sosial media üzərindən jurnalistin şikayətinə cavab olaraq bildirib ki, jurnalistin qarşılaşdığı hal ilə bağlı təəssüf hissi keçirir və məsələnin daha ətraflı araşdırılması üçün əlaqə vasitələri təqdim edilməlidir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının şikayət indeksinə əsasən “PAŞA Sığorta” şirkətindən avtomobillərin icbari sığortası üzrə şikayətlər ötən ildən etibarən artmaqda davam edir.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











