Paytaxtda subasma BİABIRÇILIĞI bitmir: Piyadalar, hətta maşınlar belə … - VİDEO

Mərdəkanda yağışın fəsadları davam edir.
Avtosfer.az xəbər verir ki, bu kadrlar Muxtar Hüseynov küçəsi və ətrafındakı vəziyyəti əks etdirir. Yağış suları o qədər böyük gölməçələr yaradıb ki, sakinlər suda islanmamaq üçün yollarını dəyişdirirlər. Məsələnin həlli gecikdikcə hər tərəfi ifunət iyi basır. Çünki sakinlər ərazidə qoyulan zibil qutularına yaxınlaşa bilmədiklərinə görə evlərinin zibilini hara gəldi atırlar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən xəzər xəbərə bildirdilər ki, problemin həlli onların xidmət çərçivəsində deyil:
Xəzər rayon İcra Hakimiyyətindən isə məsələ ilə əlaqədar bildirdilər ki, sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması və fərdi tikililərin tullantı sularının həyətyanı sahədə qazılmış yeraltı şambolara axıdılması subasma prosesinin dinamikasının yüksəlməsinə zəmin yaradır. Bununla belə hal-hazırda Xəzər rayon Sukanal Idarəsi tərəfindən sözügedən ərazidə yağış sularının kənarlaşdırılması məqsədilə nasos quraşdırılaraq yaxınlıqda yerləşən təzyiqli kanalizasiya xəttinə ötürülməsi üçün işlər aparılır.
Əraflı videomaterialda.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








