Banner

Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar

Yazarlar 30 Dekabr 2025 21:00 Oxunub 356
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərinin həddən artıq yüklənməsi, dövlət müəssisələrinin və ali təhsil ocaqlarının sıxlaşması ilə yanaşı, kənddən şəhərə olan kütləvi axının yaratdığı nəqliyyat sıxlığı ciddi sosial və iqtisadi problemlərə yol açır. Avtosfer.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında memar Məhəmməd Bayramov deyib.

O qeyd edib ki, problemin həlli üçün kompleks və uzunmüddətli yanaşma tələb olunur:

“İlk növbədə, dövlət strukturlarının və təhsil müəssisələrinin regionlara mərhələli şəkildə köçürülməsi və ya filiallarının yaradılması daha məqsədəuyğun olardı. Nəticə etibarı ilə bu, iş və təhsil imkanlarının paylanmasına səbəb olacaq və Bakının mərkəzində yüklənməni azaldacaq. Eyni zamanda, kütləvi nəqliyyat sistemlərinin, yəni, metro, sürətli avtobus (BRT) və şəhərlərarası relsli nəqliyyatın inkişaf etdirilməsi şəxsi avtomobillərin sayını azaltmaqla, yol tutumunu artıracaq: “Mərkəzi ərazilərdə avtomobil parkının məhdudlaşdırılması, “park-and-ride” zonalarının yaradılması və ağıllı nəqliyyat idarəetmə sistemlərinin tətbiqi nəqliyyat axınını tənzimləməyə kömək edir. Həmçinin velosiped infrastrukturunun inkişafı qısa məsafələrdə avtomobildən istifadənin azalmasına səbəb olacaq”.

Memar, həmçinin vurğulayıb ki, uzaqdan iş və distant təhsil kimi alternativ iş rejimlərinin təşviqi də pik saatlarda nəqliyyat sıxlığını azaltmaq üçün effektiv yollardan biridir:

“Nəhayət, regionların iqtisadi gücləndirilməsi və sosial infrastrukturun inkişafı uzunmüddətli perspektivdə miqrasiyanın balanslaşdırılmasına xidmət edəcək. Bu tədbirlərin paralel və koordinasiyalı şəkildə həyata keçirilməsi Bakı şəhərinin yüklənməsini azaltmaq, yaşayış mühitini yaxşılaşdırmaq və davamlı inkişafı təmin etmək üçün əsas şərtdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh