"Piyada keçidi var, amma yolu keçə bilmirik" - ŞİKAYƏT - FOTO - VİDEO

Bakı şəhəri, Mətbuat prospekti, 83-95 ünvanının sakinləri piyada keçidi olmasına baxmayaraq, yolu qarşı tərəfə keçməkdə çətinlik çəkirlər. Avtosfer.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Sakin Samir Nuriyev qeyd edib ki, sözügedən ərazidə avtomobillər sürətlə hərəkət etdiyi üçün piyada keçidi olmasına baxmayaraq, yolu çətinliklə keçirlər:

"Sürücülər piyada keçidi nişanına məhəl qoymur, yüksək sürətlə hərəkət edirlər. Bu ərazidə həm məktəb, həm də universitet yerləşir. Bu vəziyyətdə hər an qəza baş verə bilər. Bəzi ərazilərdə sensorlu işıqforlar quraşdırılıb. Burada da piyada zolağının yanında quraşdırılması yaxşı olar. Biz bu təhlükəli piyada keçidindən hər gün istifadə edərək uşaqlarımızın həyatını riskə atmaq istəmirik. Nəriman Nərimanov prospektində və Abdulla Şaiq küçəsində bu cür sensor işıqforları mövcuddur. Mətbuat prospektində də həmin işıqforların quraşdırılması yaxşı olar".


Sakin bildirib ki, ərazidə işıqforun quraşdırılması üçün aidiyyəti qurumlara müraciət edilib:
"Aidiyyəti qurumlara müraciət edilib. Bir il ərzində bizə 3 dəfə müsbət geridönüşlər edilməsinə baxmayaraq, təəssüf ki, hələ də işıqfor quraşdırılmayıb".

Məsələ ilə bağlı Oxu.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bir müddətdir ki, həmin ərazidə piyada işıqforunun quraşdırılması ilə bağlı digər qurumlarla birgə müzakirələr aparılır:
"Müzakirələrin nəticəsinə uyğun olaraq, müvafiq qərar qəbul ediləcək".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










