Reklam

Piyada vurulması: Problem yolda, sürücüdə yoxsa, piyadadadır? - Ekspert və qurum rəsmilərindən İZAH - VİDEO

Yazarlar 9 Dekabr 2023 13:59 Oxunub 6268
Piyada vurulması:  Problem yolda, sürücüdə yoxsa, piyadadadır? - Ekspert və qurum rəsmilərindən İZAH  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər zaman piyadaların vurulması ilə nəticələnən yol qəzaları geniş müzakirələrə səbəb olur.

Elə buna misal olaraq da bir neçə gün öncə 8 noyabr prospektikdə baş verən qəzanı göstərə bilərik. Görüntülərdən göründüyü kimi piyalar üçün nəzərdə tutulan üst keçidddən istifadə etməyən piyada geniş zolaqlı yola çıxır və sürətlə gələn avtomobil onu vurur. Konkret olaraq bu məsələni üzərindən gedərsək, müzakirələrdə bəziləri piyadanın, bəziləri sürücünün günahkar olduğunu, bəzi sosial media istifadəçiləri və ekspertlər isə hadisədə piyada və sürücü məsuliyyətsizliyi ilə bağlı yanaşı, hadisənin yol infrastrukturunda olan problemlərdən qaynaqlandığını qeyd edib.

 

Biz də bu məsələ ilə bağlı həm nəqliyyat sahəsində ixtisaslaşan ekspertlərin, həm də aidiyyəti qurumların fikrini öyrənməyə çalışdıq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli 1news.az-a bildirib ki, ölkəmizdə piyadaların vurulması halları artıb:

“Azərbaycan Respublikası ərazisində yaxın 10 ilin statistikasın nəzər saldıqda yol nəqliyyat hadisələrində piyadaların vurulma sayı çoxdur. Paytaxt üzrə bu rəqəmlər ümumi respublika üzrə rəqəmlərdən fərqli olur. Çünki paytaxtın ərazisi və əhalisi bu prosesdə rəqəmlərin çox olmasını şərtləndirən amildir. Amma əsas hadisələrin baş vermə səbəbinə gəldikdə, sürücü diqqətsilziyi də var. Sürücülər yolda nəzərdə tutulmuş sürət həddini artırmamalıdırlar. Sürücülər radar qurğularını keçdikdən sonra sürət həddini arıtırırlar. Sanki radar qurğularının arasında oyun oynayırlar. Bu qayda ilə yolda sürəti düzgün idarə etmirlər. Bu sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyidir. Piyadalara gəldikdə, uzun müddətdir aparılan bütün növ təbliğatların üzərində dayanan başlıca məqsəd piyada təhlükəsizliyinin artırılmasıdır. Piyadaların təhlükəsizliyi məsələsinin fundamental həllini təhsil müəssələrində görürük. Hərəkətin təşkili ilə bağlı da məcburi addımlar atmağa artıq təlabat yaranıb. Bu cür yollarda arakəsmələr çəkilməlidir ki, insanlar o yoldan keçə bilməsinlər. Ötən 9 ay ərzində 17 min inzibati protokol ödənilməmiş qalıb. Biz ödənilməli məbləğlərlə bağlı qurumlara rəsmi məktublar da göndərmişik. Sürücülər cəriməsini ödəməyəndə sürücülük hüququ məhdudlaşır. Lakin piyadalarda bu çətindir. Piyadalar cəriməni ödəmirlər. Piyada keçidlərinin olduğu yerləri xüsusi nişanlar və işıqlarla da təmin etmək belə hadisələrin qarşısını almaqda kömək edə bilər. Dünyada tətbiq edilmiş bir format var. 3D işıqlandırma sistemi ilə piyadaların təhlükəsizliyini təmin etmək mümkündür. Piyada təhlükəsizliyi olduqca vacib bir mövzu kimi, hər zaman cəmiyyətin gündəliyində saxlanılmalıdır. Çünki işin sonunda sürücülər də sərnişinlər də piyadadırlar”.

istiqamətlərdə adacıqlar qururlar ki, sürücü sürəti azaltsın”.

R.Agamirzəyev deyib ki, Azərbaycanda da həm belə hallar, həm də qərarlar verilib.

“Amma bu həllərin daha geniş şəbəkələşməsinə, bütün şəhəri əhatə etməsinə ehtiyac var ki, qəza riskləri minimumlaşdırılsın. Qəza olmasın, ən azından olsa belə, onun nəticəsi olaraq insanlar öz həyatını itirməsin. Yəni, nəticə olaraq, maddi ziyan ola bilər, yüngül xəsarət ola bilər, amma ölüm olmasın. Bu il ərzində Bakı şəhəri ərazisində sürətin azaldılması yönündə qərar verilib və bu davam edir. Şəhərin bir neçə küçəsində sürət həddi 50 kilometr/saat olaraq müəyyənləşdirilib. Həmçinin sürət həddinin aşılmasına görə cərimə sanksiyaları artırılıb. Düşünürəm ki, bunun ardı da gəlməlidir, yəni küçələrdə sürətli sürə bilməmək üçün biz fiziki baryerlər qurmalıyıq. Buna misal olaraq Ağ Şəhərdə görülən işlərdən danışa bilərik. Orada müəyyən qurğuları görə bilərik, orada səki səviyyəsinə qaldırılın piyada keçidləri, təhlükəsizlik adacıqları və s. tədbirlər görülüb. Şəhərin başqa yerlərində də bu istiqamətdə kifayət qədər işlər görülüb”.

“Ancaq 8 noyabr prospekti və bir çox küçələrdə belə tədbirlərin həyata keçirilməməsinin fəsadlarını görürük” deyə R.Ağamirzəyev əlavə edib:

“8 noyabr prospektinində məktəb, poliklinika, xəstəxana və digər önəmli müəsəssisələr yerləşir. Şəhər daxilində yeraltı və yerüstü piyada keçidi praktikasına son qoyulmalıdır, onlar müəssər, əlçatan deyil, qurulan qurğular – eskalatorlar, liftlər işlər deyil, həmin keçidlərə gələn səkilər bərbaddır. Keçidlərin özlərinin də pilləkənlə qurulması insanları çəkindirir, daha qısa yol axtarırlar. Qısa risklidir, ancaq yolda həssas qrupları – yaşlıları, uşaqları, uşaqlı valideynləri nəzərə alınmalıdır”.

O, qeyd edib ki, məsuliyyət təkcə piyadaların, sürücülərin üzərinə düşmür.

“Eyni zamanda piyada keçidləri, infrastrukturu quranların da məsuliyyəti qabardılmalıdır. Niyə qəza ocaqları təftiş olunmur? Biz hər zaman nəticəyə köklənirik, hər zaman piyada məsuliyyətsizliyi, sürücü məsuliyyətsizliyi deyirik. Niyə piyadaların rahat hərəkəti üçün şərait yaradılmır və ya sürücülərin fiziki olaraq sürətli sürməsinin qarşısını almaq üçün niyə işlər görülmür? Biz əgər yol hərəkətinin islahatından danışırıqsa, yol hərəkətinin ən önəmli iştirakçısı piyadadır. Biz bu gün taksi səfərlərinin statistikalarına nəzər yetirsək görərik ki, taksi səfərlərinin 30-35 faizi 1-3 kilometr məsafədə yerləşir. Yəni, bu yolda piyada getmək olar, amma insanlar avtomobillə gedir. Bu həmçinin yoldakı tıxaclara təsir edəcək. Amma piyada getmək üçün infrastruktur yaxşı olmalıdır . Ona görə infrastrukturu quran qurumlar, insanlar bütün bu məqamlara diqqət etməlidir. Bizdə yol qəzalarında ölənlərin sayı durmadan artır, bu statistikanın da azaldılması yolu qeyd etdiyim məsələlərdir”.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, piyadalarla bağlı olan mövzu çox həssas bir mövzudur.

“Bu məsələ son vaxtar çox aktuallaşıb. Bəzi piyadalarımızda arxayınlıq formalaşıb, onlara elə gəlir ki, yolu haradan gəldi keçə bilərlər. Çox təəssüflər olsun ki, bəzi yoldaşlar yalnış istiqamətə yönəldirlər, onlar da elə hesab edir ki, istədikləri formada davrana bilərlər, yolu istədikləri yerdən keçə bilərlər. Bütün bunlar yaxşı olmayan nəticələrə gətirib çıxarır. Bu baxımdan düşünürəm ki, birinci növbədə infrastruktur məsələsinə baxılmalıdır, ikinci növbədə isə sərt tələblərə, nəzarət mexanizminə böyük ehtiyac var. Bu gün böyük əksəriyyət piyada cərimələnsə də ödəmir. Mən belə bir məlumat əldə etdim ki, barələrində inzibati tənbeh qərarı çıxarılmış piyadalarla mübarizə istiqamətində addımlar atır, onların ünvanlarına bildirişlər göndərilir, cərimələr tələb olunur”.

 

E.Muradlı deyib ki, piyadaların qayda pozmasına görə cərimələrin məbləği artırılmalıdır.

 

“Biz bunun necə işlədiyini də görmüşük. Görürük ki, cərimələrin məbləği artdıqca sürücülərimiz qaydalara daha çox əməl edirlər, eyni proses piyadalarımızda da baş verəcək. O baxımdan düşünürəm ki, qanunvericilik aktlarında dəyişiklik edilməlidir. Yol polisi də yollarda nəzarəti gücləndirməlidir. Sürücülər kimi piyadalar da məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda infrastruktur məsələsinə də baxılmalıdır. Piyadaların, ümumilikdə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün hansı işlərin görüldüyünü, hansı işlərin görüləcəyinə baxmaq lazımdır. İnfrastruktur yaradılan zaman piyadaların rahatlığı nəzərə alınmalıdır”.

 

Əgər infrastrukturun olduğu yerlərdə belə piyadalar qaydalara riayət etməyədək, digər hərəkət iştirakçıları və özləri üçün təhlükə yaradırsa, bu məsuliyyətsizliyin göstəricisidir” deyə E.Muradlı fikirlərinə əlavə edib:

“Belə hallarda həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır, ağır sanksiyalar tətbiq olunmalıdır.

 

Mən deyərdim ki, onların inzibati həbsinə qədər gedilməlidir. Çünki bir neçə nəfər cəza aldıqdan sonra, digərləri də bundan dərs çıxaracaq”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın küçə və prospektlərində müxtəlif infrastruktur layihələri həyata keçirilir.

“Davamlı xarakter daşıyan bütün layihələrdə hərəkət iştirakçıların, o cümlədən piyadaların təhlükəsizliyi ön planda dayanır.

Son illər 8 Noyabr prospektinin bir neçə məntəqəsində piyadaların yolu təhlükəsiz keçmələri üçün işıqforlarla nizamlanan keçidlər təşkil olunub.

8 Noyabr prospektinin 2 ərazisində (“Megafun” əyləncə mərkəzi və “Günəş” marketin qarşısında) nizamlanan piyada keçidləri istifadəyə verilib. Yaxın günlərdə daha 3 ünvanda (2-si Hərbi Qənimətlər Parkının yanında, 1-i isə Yavər Əliyev küçəsi ilə kəsişmədə) bu cür keçidlər istifadəyə veriləcək. Bu işlər davamlı olaraq həyata keçiriləcək” .

ŞƏRH YAZ
Ad

E-mail

Şərh