Piyadaların cəriməsiz qalması qəzaların sayını artırırmı? - Piyadavurma hadisələri artıb
"Hər rayonda yüzlərlə piyada qayda pozur, amma cəmi 3-5 piyada cərimə olunur". Bunu "Operativ Media" ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Ekspertin sözlərinə görə, piyadalar çox məsuliyyətsiz olublar. Faktiki olaraq keçidlərdən istifadə etmirlər. "Yol hərəkəti haqqında" qanunda da onların hüquq və vəzifələri izah olunur. Eyni zamanda inzibati xətalar məcəlləsində də piyadalarla bağlı cərimələr nəzərdə tutulub ki, bu da 20 manat, 40 manat məbləğindədir. Belə olan halda yalnız nəzarət mexanizminin ciddi olması lazım gəlir. Çünki qanunvericilikdə hər hansı bir boşluq yoxdur. Əsas odur nəzarət tədbirləri gücləndirilməlidir. Bugün biz ümumi vəziyyəti görürük ki, piyadalar çox xaotik hərəkət edirlər, istədikləri formada, istədikləri yerdə qayda pozurlar. Bu da ağır nəticələr verir".
Elməddin Muradlı bildirir ki, piyadalarla bağlı problem son zamanlar özünü daha aqabarıq şəkildə göstərir.
"Artıq piyada vurma hadisələrinin sayı artıb və bu hadisələr nəticəsində nə qədər insanlar həyatını itirib. Bugün də bu hadisələr nəticəsində nə qədər insan ölür və xəsarət alır. Ümumi olaraq əsas hədəf maarifləndirmə nəzarət tədbirlərinin gücləndirilməsi olmalıdır. Bu ikisi bir arada tətbiq olunsa sözsüz ki, nəticə müsbət ola bilər. Ancaq indiki halda nəzarət zəifdir, hədsiz dərəcədə zəif tədbirlər həyata keçirilir. Bu da piyadarın xaotik şəkildə hərəkətinə sanki stimul verir ki, onsuzda nəzarət edən yoxdur. Düzdü hər gün bəlkə də yüzlərlə piyadaya protokol açılır. Amma görünən odur ki, kütləvi hal yoxdur deyə, hər rayonda 3-5-10 piyadaya cərimə yazılır amma hər gün bəlkə də yüzlərlə piyada qayda pozur"
Ekspertin fikrincə, bu məsələdə biraz fərqli yanaşma ortaya qoymaq lazımdır.
"Əsas nəyə görə? Deyək ki, sürücülər iddia edirlər, tələb də edirlər ki, necə olur ki biz qayda pozuruq cərimələnirik, piyadalar qayda pozur cəzasız qalır. Və yaxud da piyadaya görə sürücü cərimələnir, amma avtomobil yoluna çıxan, sürücülər üçün təhlükə yaradan piyadalar barədə hər hansı bir tədbir görülmür. Bucür olduqda vətəndaş da narazı qalır, haqlı şəkildə deyilir ki, əgər qanun qanundursa hamı üçün işləməlidir. Əgər bu qanun biri üçün işləyib, digəri üçün işləmirsə o zaman bu effektiv mübarizə sayılmaz. Bununla bağlı düşünürəm ki nəzarət tədbirlərini yalnız və yalnız nəzarət profilaktik tədbirləri gücləndirmək lazımdır"
Məsələylə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilir.
Öz həyat və sağlamlıqlarına biganə yanaşaraq inzibati xətalara yol verən şəxslərin diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi olaraq həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa çağırır.