Banner

Problemli avtobus zolağı; qəza şəraiti yaradır, sürücülər cərimələnir – RƏSMİ AÇIQLAMA -VİDEO

Yazarlar 21 Noyabr 2024 22:30 Oxunub 5478
Problemli avtobus zolağı;  qəza şəraiti yaradır, sürücülər cərimələnir – RƏSMİ AÇIQLAMA -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu, Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində çəkilən avtobus zolağı yolda qəza şəraiti yaradır.

Avtosfer.az-ın məlumatına görə, Azadlıq prospekti ilə hərəkət edən sürücülərin qəfil qarşılarına xüsusi zolaq çıxır. Bu zaman sürücü məcbur qalıb sol zolağa istiqamətlənir və bu da yolda hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Sürücülər deyirlər ki, hətta həmin yerdə bir neçə dəfə qəza baş verib.

Sürücülər deyirlər ki, həmin ərazidə avtobus zolağı çəkilərkən yol hərəkətinin təşkilində nöqsan yaranıb. Ərazidən ilk dəfə istifadə edən sürücülər bilməyərəkdən zolağa daxil olurlar və nəticədə onlara elektron qaydada 100 manat və 2 cərimə balı tərtib edilir.

Yol hərəkəti qaydaları üzrə ekspert Yasin Mustafayev də deyir ki, həmin ərazidə zolaqların fərqli olması sürücülər üçün təhlükəlidir. Ekspert də hesab edir ki, bu nöqsandır və aradan qaldırılmalıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirdildi ki, Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilərkən işlər yol infrasturukturuna uyğun həyata keçirilib. Prospektin kəsişmələrində yolun eni fərqləndiyindən bu tip çətinliklər yaranır. Sürücülərə kömək etmək üçün sözügedən ərazilərdən trayektoriya xətlərinin çəkilməsi və digər tədbirlər həyata keçiriləcək.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh