Reklam

Qanunda sürücülərin xeyrinə edilən yeni dəyişiklik budur

Yazarlar 14 Mart 2016 00:50 Oxunub 3875
Qanunda sürücülərin xeyrinə edilən yeni dəyişiklik budur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər barədə yeni cəza tədbirləri nə vəd edir?

Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsi avtomobili sərxoş idarə edənlərin cəriməsini yüngülləşdirib. Sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə edə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər. Bu məsələ bəzi sürücülərin narazılığına səbəb olsa da, ekspertlər bu prosesin əksinə, sürücülərin xeyrinə olduğunu deyir. Avtosfer.az-ın məlumatına görə, müstəqil ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər zahirən cərimələrin artırılması kimi görünsə də, əslində belə deyil: "Yeni dəyişiklik sürücülərin xeyirinədir və bu, yaxşı haldır. Dəyişikliyi sistemli təhlil edəndə görünür ki, yeni qaydalara əsasən bu proses həm sadələşdirilib, həm də cərimələr yüngülləşdirilib. Dəyişiklikdən əvvəl İnzibati Xətalar Məcəlləsində iki fərqli maddə var idi. Bunlardan biri məcəllənin 152-1.1-ci maddəsi idi. Bu maddə sərxoş vəziyyətdə olan sürücünün avtomobili idarə etməsi idi. Maddəyə görə, həmin sürücünün heç bir qayda pozmadan avtomobili idarə etməsi aşkarlanırdısa, sürücü 300 manat cərimə və ya 6 aydan 12 aya qədər sürücülük hüququ məhdudlaşdırılırdı. Digər maddə 152-1.2-ci maddəsi idi ki, bu maddəyə görə, sürücülük hüququ olan şəxs avtomobili sərxoş vəziyyətdə idarə edir və ilk dəfə qayda pozursa, sürücünün sürücülük hüququ 12 ay müddətinə məhdudlaşdırılır və 400 manatdan 500 manata qədər cərimə nəzərdə tutulurdu. Bu ağır cəza idi. Amma yeni dəyişiklikdə belə deyil".

Ə. Hüseynov deyib ki, məcəllədəki yeni dəyişikliyə görə isə bu cəza növü bir az yüngülləşdirilib: "Yəni sürücü qırmızı işıqda keçdi, kobud şəkildə qayda pozdu, "Saxla" əmrinə tabe olmadı, fərqi yoxdur. Bu xətanı törədənin cəriməsi 400 manat və ya 6 aydan 12 aya qədər sürücülük hüququnun məhdudlaşdırılmasıdır. Əvvəl isə bu hala görə cərimə 500 manat idi. Həm də bu qayda pozuntusuna yol verən şəxsin sürücülük hüququ mütləq halda 12 ay müddətinə məhdudlaşdırılırdı. Amma indi elə deyil. İndi bu halları yol polisləri müəyyən edir. Sürücülük hüququnun məhdudlaşdırılması üçün sürücülük vəsiqəsi məhkəməyə göndərilə də bilər, bu məsələ cərimə ilə də bitə bilər. Bu dəyişiklik birbaşa sürücülərin xeyrinə olan dəyişiklikdir. Dəyişiklik sürücülərin məsuliyyətini yüngülləşdirilib".

Ekspert qeyd edib ki, yol polisinin istənilən halda sürücünü sürücülük hüququndan məhrum etmək səlahiyyəti yoxdur: "Bu səlahiyyət yalnız aidiyyəti məhkəmə orqanının səlahiyyətindədir. Sadəcə olaraq, yol polisi sərxoş sürücünün sərxoşluq dərəcəsini və törətdiyi qayda pozuntusunun həddini müəyyən edir və sənədləri aidiyyəti üzrə məhkəməyə göndərir. Sürücülük hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə son qərarı məhkəmə verir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh