Banner

Qarabağın işğalı dövründə tapılan qədim ox ucları Ermənistana necə aparıldı? - FOTOLAR

Yazarlar 5 Fevral 2024 15:00 Oxunub 1084
Qarabağın işğalı dövründə tapılan qədim ox ucları Ermənistana necə aparıldı? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əlimizdə olan faktlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin planlı şəkildə məhv edilməsi siyasəti yeritdiyini sübut edir. Azərbaycan xalqının arxeoloji irsinə qarşı mədəni soyqırımı siyasəti müxtəlif istiqamətlərdə həyata keçirilib. İlk növbədə, müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səylər göstərilib. 30 il boyunca Qarabağı işğalda saxlayan ermənilər minlərlə nadir arxeoloji qazıntıları Ermənistana aparıb, muzeylərdə saxlayırlar. Oranı ziyarətə gələnlərə də Azərbaycan xalqına məxsus mədəni abidələri və qazıntılar zamanı aşkar edilən arxeoloji tapıntıları erməniləşdirməyə cəhd edirlər. Lakin o əşyaları görən mütəxəssislər dərhal bilirlər ki, bu tapıntıların ermənilərə heç bir aidi yoxdur.

Azərbaycanda arxeoloji qazıntılar zamanı daha çox rast gəlinən tapıntılara Ox uclarldlr. Qədimdə Ox gövdələri ağacdan və ya qamışdan hazırlanırdı. Şam, vələs, fıstıq, qoz kimi yüngül və sərt ağaclara üstünlük verilirdi. Fıstıq ağacından həm yay, həm də ox istehsalında geniş istifadə olunurdu. Ox hazırlamaq da çox vaxt aparan bir iş idi. Qırılmış, düz budaqların quruması zaman alırdı. Sonralar oxların ucuna dəmir ucluqlar taxılmağa başladı.

Qarabağda işğal dövründə ermənilərin axtarışları zamanı tapılan ox uclarını kolleksiya formatına salan Xankəndidə yaşamış David Simonyanın hazırda əlindədir. “HaloTrust” humanitar təşkilatının keçmiş əməkdaşı Qarabağ azad edilən günə qədər, düz 15 il ərzində müxtəlif ərazilərdə Azərbaycan dövlətinin maddi və mənəvi irsi sayılan qazıntıları oğurlamaqla məşğul olub. Hazırda 500-dən çox ox ucunu Ermənistanda evində saxlayan bloqqer muzey yaratmaq niyyətindədir, özü də Azərbaycan xalqına məxsus arxeoloji qazıntılardan oğurlanan tapıntılarla.

Tapıntılar Ağdərə, Xocavənd, Ağdam, Laçın və digər ərazilərdə və yüksəkliklərdə aşkar edilib. Hətta qədim tikiləri dağıdıblar ki, bunları tapa bilsinlər.

Ən qədim ox ucları arasında skif, urartu, assur, monqol, səfəvi, əşfar, Qarabağ xanlğı və digər dövrlərə və türk xalqlarına məxsuslar var. Kolleksiyada həmçinin zəncir dirəyi deşən zirehdələn ox ucluqları, nizə və oxlar, bıçaqlar, xəncərlər, qınlar və müxtəlif zireh komponentləri, həmçinin bir daş var. İbtidai insanın istifadə etdiyi ən qədim bıçaq da onun əlindədir. İki bürünc ucluq istisna olmaqla, hamısı Qarabağ ərazisində tapılıb. Artsakhpress.am saytında yazılır ki, “Kolleksiyanın ən əhəmiyyətli nümunəsinə gəlincə, Ağdərə yaxınlığında yüksəkliyindən tapılan bürünc ucluq və 5 min il yaşı olan qədim xəncərdir”

Mütəxəssislərin dediyinə görə ən qədim bürünc ucluq vintşəkilli gövdəyə malikdir. Yaşı təxminən 3 min ildən çox dövrü əhatə edir və Arximed vintindən 500 il köhnədir. Tunc xəncər də xüsusi dəyərə malikdir. Arxeoloqların fikrincə, onun təxminən 5 min il yaşı var. Bundan əlavə, arxeoloqlar bunun Qarabağ ərazisində tapılan ən qədim xəncər olduğunu iddia edirlər.

Əldə etdiyimiz fotolara baxanda müəyyən etmək olar ki, bəzi ox ucları müəyyən bir formaya malikdir və yalnız müəyyən bir dövr üçün xarakterikdir, əsasən türklərə məxsus forma çoxluq təşkil edir. Skif oxlarını dərhal seçmək olur, onlar üçbucaqlı yuva uclarını tuncdan tökməyə üstünlük verirdilər.

Bəzilərinin ucunun orta ölçüsü 2,5 sm-dən 4,5 sm-ə qədərdir.Ucu kəskin əyri bucaqdır, yan küncləri üyütməklə ürək formalı forma verilir. Obsidian oxlarının hazırlanmasının asanlığı onların istifadəsinin dünya daş dövründən Tunc dövrünə daxil olduqdan sonra da davam edib. Eyni zamanda fotoda dəbilqə yaran ox uclarını da görmək olur. Tarixin ən köhnə silahlarından olan dəbilqə dələn oxlar türklərin atlı oxatan birliklərinin yaranması ilə eyni zamana təsadüf edir. Çin muzeylərində saxlanın qədim türklərə məxsus temren adı verilən ox uclarına da rast gəlmək olur ki, onlar müxtəlif ölçü və şəkillərdə olub. Hunlara aid olan bu ox ucluları döyüşlərdə düşməni tək bir həmlə ilə məhv etməkdə əvəzsiz rol oynayıb. Daha çox dövrlərə aid olan bu ox ucları Azərbaycan xalqının qədim tarixinə, bu coğrafiyada yaşayan türklərə məxsusdur. Həyat və ölüm bəxş edən ox və yay qədim türklərdə həmişə müqəddəs hesab olunub. Müxtəlif xalqların inancına görə, yay və ox tanrının hədiyyəsidir. Buna görə Ermənistana təzminat davası açanda mütləq bunların da geri qaytarılmasını tələb etməliyik. Xankəndidə yaşamış David Simonyan bunu necə formada ölkəmizdən çıxarıb aparıb, eləcə də geri qaytarmalı və bizim Tarix Muzeyinə təqdim edilməlidir.

 

Zaur Aliyev,

dosent

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh