Qayda pozan sürücülərin psixoloji problemi var? - VİDEO

Bir çox ölkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər yol polisi tərəfindən aşkar edildikdə məcburi psixoloji müayinə mərkəzinə göndərilir. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, həmin ölkələrdə yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Psixoloq təklif edir ki, ölkəmizdə də bu qaydanı tətbiq etmək olar. Çünki tez-tez kobud qayda pozan sürücülərin psixoloji yardıma ehtiyacı var. Yol hərəkəti üzrə ekspertlər isə bildirilər ki, bunu azərbaycan da tətbiq etmək olar. Amma bəzi istisinalar var.
Dəfələrlə yol hərəkəti qaydasını pozan sürücülərə psixoloji yardım edilməlidir. Bəzi Avropa ölkələrində belə işıqforun qırmızı işığında keçən, sürət həddini dəfələrlə aşan sürücülər yol polisi tərəfindən aşkar edildikdə onlar məcburi psixoloji müayinəyə göndərilir. Yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Azərbaycanda belə sürücülərə qarşı sərt tədbirlər görülsə də onlar psixoloji mərkəzlərə aparılmır. Psixoloq Elnur Rüstmov deyir ki, həqiqətən də əgər hanısa sürücüsə dəfələrlə yol hərəkəti qaydasını kobud şəkildə pozursa bu ciddi narahatlıq doğuran bir məsələdir.
Psixoloqun sözlərinə görə, sükan arxasında telefonla danışmaq, sərxoş vəziyyətdə avtomobil idarə edərək təhlükəli vəziyyətlər yaratmağın özü insanlarda psixoloji vəziyyətin nə qədər ağır olmasından xəbər verir. Əgər belə sürücülərlə müətmadi məşğul olunarsa, yəni onlar məcburi psixoloji mərkəzlərlə aparılarsa yol-nəqliyyat hadisələrinin sayı da minumuma enər.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə deyir ki, Avropadakı təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Amma bu yalnız ağır inzibati xəta törədən sürücülərə şamil edilməldir. Yəni, sərxoş vəziyyətdə avtomobil idarə etmək, işıqforun qırmızı işığına məhəl qoymamaq, sürət həddini aşmaq və s..
İstənilən halda bu təcrübə Avropada qəzaların sayının azalmasına səbəb olubsa, ölkəmiz üçün də uğurlu ola bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












