Qazilik budur? - Qazi adından sui-istifadə edənlərin DİQQƏTİNƏ - VİDEO

Yazarlar 1 Mart 2024 12:41 Oxunub 668
Qazilik budur? - Qazi adından sui-istifadə edənlərin DİQQƏTİNƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Kruq" plyonkalı maşına sayrışan işıqlar quraşdırıb şou göstərdi. Bu başlıqlı yazını dünən yaydıq və paylaşdıq.

Biraz keçmişdi bir nəfər zəng elədi.
- Salam müəllim. Mən Qaziyəm, Filankəs. bir neçə il öncə videomu yaymışdız, danışdıq, hörmət elədiniz, sildiniz.
Cavab verdim ki, hə, buyur. İndi nolub? Dedi, bəs o miqalkalı maşın Sumqayıtda bir qazi qardaşımızındır. Bədəninin yarısı işləmir, əlləri, ayaqları yox vəziyyətdədir.
Düzü, maraqlı gəldi ki, belə halda olan biri maşını necə sürür? Zəng edəndən soruşdum, dedi bəs özü sürmür, elə bizim kimi qardaşlar sürür, ora-bura aparıb gətiririk.
- Onu silin, maşını qoyublar duracağa.
Cin məni vurmazmı?
Dedim, ay oğul, qazilik kişilik, mərdlik deməkdir, Vətən uğrunda savaşıb can qoymaq deməkdir. Getdiniz, döyüşdünüz, Qələbə qazandıq. Çox sağolun, gəlin sizə yaxşı bir qonaqlıq verim, qulluğunuzda durum. Amma maşının başına oyun açıq hoqqa verməyin. Belə adam qardaşım da olsa keçməyəcəm. İndi nə vaxtsa müharibənin təzə qurtaran vaxtlarında hörmət eləmişik, yazını silmişik deyə bu nə hoqqabazlıqdır edirsiz?
Qayıdıb nə desə yaxşıdır?
- Bəs axı qaziyik, bizə hörmət eləyin də. Dünya dağılmayıb ki.
Əziz qazilər, qardaşlar, canlar, ürəklər. Nolar, canınızı qoyduğunuz bu Vətəninin, bu dövlətin qanunlarına hörmət eləməyi də bacarın. Heç bilirsinizmi ki, müharibədən sonra neçə qazi qardaşımız bax elə sizin kimi yollarda qayda pozaraq qəzaya düşüb və ölüb? Olmaz axı belə...
Vallah da ayıbdır, billah da ayıbdır...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh