Qəza zamanı parça-parça olan maşınlar belə yığılıb yenidən satılır - VİDEO

Bir neçə avtomobilin hissələrini birləşdirərək yenisini yaradan ustanın «yaradıcılığını» əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az bildirir ki, köhnə avtomobillər qəzaya düşən kimi yararsız hala qaldığı hər kəsə məlumdur. Ancaq bu, dələduzların iştahını daha da artırır. Belə avtomobilləri sahiblərindən ucuz qiymətə alan bu «ustalar» leqo yığırmış kimi bir neçə avtomobili birləşdirərək yenisini meydana gətirir. Köhnə və qəzalı maşını satan şəxs isə əvəzində aldığı pula sevinir. Burada uduzan tərəf yenə də köhnə avtomobil alandır. O, bilmir ki, aldığı maşın deyil, «gəzən tabutdur».
Azərbaycanda avtomobil parkının böyük əksəriyyəti köhnə avtomobillərdən ibarətdir. Bəzi insanlar köhnə əşyalarını belə ata bilmir nəinki, avtomobilərini. Bəziləri isə qiymət ucuz olsun deyə hər vasityə əl atır. Ucuz ətin şorbası olmaz misali avtomobil məsələsində tam üstünə düşür. Çünki keyfiyyəti də özü kimi ucuz olan bu avtomobillər kiçik bir qəzada belə yararsız hala düşür. Elə məhz bu halların qarşısının alınması və köhnə avtomobillərin bazardan yığışılması üçün artıq müəyyən tədbirlər görülməyə başlanılıb. Hazırlanmaqda olan utulizasiya layihəsinə əsasən köhnə avtomobilini təhvil verənlərə yenisini almaqda güzəştlər ediləcək. Bu layihə həyata keçiriləndən sonra güman edirik ki, köhnə avtomobillər sadəcə bir dəmir yığınınına çevriləcək. Əks halda qəzalar zamanı can itgisi azalmayacaq, çünki bu avtomobillərin içindən salamat insan çıxamaq ehtimalı çox azdır. Ən acınacaqlı hallardan biri də budur ki, bu köhnə avtomobillər bahalı maşınlarla toqquşanda bütov bir avtomobillərini satsalar belə, o bahalı maşının buferinin pulunu verə bilmir.
«Əcnəbi yolda hibridlərlə gəzir, biz hələ köhnələrdən enməyiriz» – Mirzə Ələkbər Sabir sağ olsaydı belə deyərdi.
Aysel
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










