Qışda avtomobilin yuyulması barədə 7 VACİB MƏSLƏHƏT
Qışda avtomobil yuma; mümkün qədər az tez-tez yumaq yoxsa ümumiyyətlə avtomobili yumamaq? Qışda avtomobil yuyulması ilə bağlı ən vacib suallara cavab veririk. Avtomobilinizi nə qədər tez-tez yuyacağınız, nə vaxt və harada yuyacağınız, həmçinin qışda avtomobil sahiblərində tez-tez yaranan digər sualların cavablarını tapacaqsınız.
Qışda avtomobilə düzgün baxım ilə bağlı bir çox fikir var. Bəziləri qışda yuyulmağın yalnız avtomatik yumalarda daha yaxşı olduğunu düşünür. Və mümkün qədər tez-tez. Bəziləri, əksinə, avtomobili özü adi avtoyuma məntəqəsində əl ilə yumağın daha yaxşı olduğuna inanır. Və mümkün qədər az. Qışda avtomobili yumaq olmaz - fikrində olan avtomobil həvəskarları da var, çünki qışda hər hansı bir yuma gövdənin boya örtüyünə işlərinə zərər verə bilər. Kim haqlıdır? Qışda avtomobil yuyulması ilə bağlı ən vacib suallara cavab verməyə nəzər salaq.
Avtomobili qışda nə cür tez-tez yumaq lazımdır?
Çoxsaylı araşdırmalara görə, qışda bir çox ölkələrdə avtomobilin yay aylarında olduğu kimi tez-tez yuyulması lazımdır. Əvvəla, avtomobili ona görə yumaq lazımdır ki, dumanlı-çiskinli havada avtomobil yolda daha da nəzərə çarpsın, çünki qar yağıntısı, qar fırtınası və ya yağışda çirkli nəqliyyat vasitələri yolda çox da nəzərə çarpmır.
Yola spilmiş duzun və ya reaqentin(kimyəvi termin) avtomobilin boya örtüyünə zərər verə biləcəyi doğrudurmu?
Prinsipcə, həm hə, həm yox. Duz qələvi tərkibli qış yol çirkinin avtomobilin boya üzərində "təcavüzkar" təsir göstərməsi barədə deyilənlər yalnız boya örtüyündə zədəsi olan avtomobillərə aiddir: cızıqlar və ya gövdədə boyası soyulmuş yerlər olarsa.
Əgər avtomobilin boya örtüyü zədələnməyibsə, onda reaqent tərkibi olan çirk gövdəyə ciddi təsir göstərmir. Xüsusilə kimyəvi tərkibli reaqentlər olan çirk vaxtaşırı avtomobili yuyarkən yuyulursa.
Eyni şey yol reaqentlərindən ən çox təsirinə məruz qalan avtomobilin alt hissəsinə də aiddir. Avtomobil istehsalçıları uzun müddət sinklənmiş metal təbəqələrdən gücləndirilmiş əlavə qorunma istifadə edərək reaqent duzlarına qarşı avtomobil diblərini düzəldirlər. Beləliklə, reaqentin səbəb olduğu gövdənin korroziyası keçmişin problemidir və köhnə avtomobillərə aiddir və ya gövdə boyasının zədələnmiş yerləri olan avtomobillərə aiddir.
Qışda nə vaxt avtomobili yumaq olmaz?
Tədqiqatlara görə, -10 dərəcədən aşağı temperaturda avtomobili yumayın. Boya örtüyü, insan dərisi kimi, həddindən artıq temperaturun dəyişməsinə çox həssasdır. Məsələ burasındadır ki, şaxtadan avtomobil yuyulmasına gələndə ümumiyyətlə temperaturun müsbət olduğu isti bir boksa düşürsən. Nəticədə, avtomobilin boya örtüyünün çox həssas olduğu kəskin temperatur düşməsi baş verir.
Bundan əlavə, avtomobil isti su təsirinə məruz qalır, bu da temperatur dəyişkənliyi səbəbindən boya örtüyünə bir yük əlavə edir.
Bundan əlavə, isti avtomobil yumasından sonra qapını tərk edərək yenidən soyuğa çıxacağınızı unutmayın. Yenidən kəskin temperatur düşməsi baş verəcək. Özünüz yaxşı başa düşürsünüz ki, bu avtomobilin boya örtüyündə əks olunmayacaq. Unutmayın ki, ani temperatur dalğalanmaları avtomobilin rezin və plastik hissələrinə də mənfi təsir göstərir.
Bəli, əlbəttə ki, güclü şaxtada bir neçə dəfə yuyulduqdan sonra, gövdə örtüyündə hər hansı bir dəyişiklik hiss etməyiniz ehtimalı azdır. Lakin zaman keçdikcə uzunmüddətli perspektivdə istilik fərqlərinin təsiri gövdənin boya örtüyünə təsir edəcəkdir.
Ancaq bir daha təkrar edirik ki, şaxtalı vəziyyətdə avtomobilin yuyulması avtomobilin digər komponentləri üçün böyük təhlükə yaradır. Çox vaxt qapı qıfılları, qapı asacaqları(petlə) və qəfil temperaturun dəyişməsi səbəbindən zədələnə biləcək müxtəlif hissələr.
Avtomatik yuma avtomobilin boya örtüyünü zədələyə bilərmi?
Son illərdə, avtomatik avtomobil yuyucuları ölkəmizdə populyarlıq qazanır. Düzdür, eyni zamanda, ölkəmizdə adi avtomobil yuyucularına hələ də böyük tələbat var ki, avtomobil demək olar ki, əl ilə yuyulur. Niyə nəqliyyat vasitələri üçün avtomatik yuma kompleksləri Avropada olduğu kimi ölkəmizdə də geniş yayılmır?
Məsələ burasındadır ki, bir çox avtomobil sahibləri avtomatik yuyulmaların avtomobilin boya örtüyünə zərər verə biləcəyi "əfsanəyə" görə ehtiyat edirlər. Əslində isə fırçaları və digər avadanlıq komponentlərini vaxtında dəyişdirməyən və keyfiyyətsiz kimya istifadə edən avtomatik avtomobil yuyucusunun vicdansız bir sahibi haqqında danışmırıqsa.
Ancaq əksər hallarda, bu cür yuyanlar, sürücülərin pis rəylərinə maraqlı olmayan və avtomatik avadanlıqlara vaxtında xidmət göstərməyən böyük şəbəkə şirkətlərinə aiddir.
Bəli, nə vaxtsa avtomatik yuyucu fırçalar bəzi hallarda həqiqətən avtomobilin rəngini korlaya bilər. Bu, əvvəlki vaxtlarda belə fırçaların hazırlandığı materialların özünəməxsusluğu ilə bağlı idi.
Bu gün bütün avtomobil yuyucuları polietilen (PE) əsasında hazırlanmış müasir fırçalarla təchiz olunmuşdur - avtomobilin boya örtüyünə zərər verə bilməyən polietilen yun. Ancaq bunun üçün, ideal olaraq, avtomobilin gövdəsi boya örtüyünün səthindən qaba çirkləri yox etmək üçün əvvəlcədən yuyulmalıdır.
Avtomatik yumaya gələrkən nələrə diqqət etmək lazımdır?
Bir qayda olaraq, avtomobilin yuyulması üçün boksa girmədən əvvəl nə etməli olduğunuz qapıda yazılmışdır. Düzdür, həmişə olmur. Bununla yanaşı, avtomatik yuma boksuna girmədən əvvəl nə etməli olduğunuzu həmişə bilməlisiniz.
Bütün pəncərələri və avtomobilin damındakı qapağı bağlayın. Yanacaq çəninin qapağını bağlayın. Ayna silənləri söndürün. Diqqətli olun, çünki bir çox avtomobildə yağış qurğusu(sensor) var və ayna silən fırçaları avtomobil yuma boksunun içərisində hərəkət edərkən gözlənilmədən işə düşə bilər. Buna görə ayna silənləri tamamilə söndürməlisiniz.
Avtomobil yuyulmazdan əvvəl, qar və buz izlərini avtomobilin gövdəsindən yox edin, çünki avtomatik yumada su təzyiqlə gövdədəki çirki yuyarkən, gövdədə cızıqlar qoyaraq onlar sumbata kağızının bənzərinə çevrilə bilər.
Hansı avtoyuma yaxşıdır - ənənəvi yoxsa avtomatik?
Bu mövzuda bir çox fikir var. Bu suala birmənalı cavab vermək mümkün deyil. Əlbəttə ki, hər şey təqdim olunan yuma xidmətlərinin keyfiyyətindən asılıdır. Boya örtüyünü gövdəni qurutmaq üçün xırda qum olan çirkli dəsmaldan istifadə edilən adi bir avtoyuma məntəqəsində də zədələyə bilərlər.
Həmçinin, hər şey avtoyumada istifadə olunan kimya ilə də bağlıdır. Avtomobillərin boya örtüyünə təsir edən aşağı keyfiyyətli ucuz avtomobil kimyasından istifadə edərək qazancı artırmağa çalışan avtoyuma sahibləri az deyil.
Xüsusilə, bəzi avtomobil yuma məntəqələrində avtomobil yuma texnologiyası pozulur. Məsələn, avtoyuma məntəqələrində avtomobil yuyularkən ən çox rast gəlinən səhv avtomobil gövdəsinin əvvəlcədən çirkdən təmizlənməməsidir, bunun nəticəsində gövdənin boya örtüyünə zərər vurma təhlükəsi var.
Buna görə, avtomobil yuyulmasına gəldikdə, həmişə avtomobil yuyan işçilərinin, avto kimyəvi məhsullar tətbiq etməzdən əvvəl gövdədən qaba çirklərin çıxardığına əmin olun. Eyni şey avtomatik yuyulmaya da aiddir, burada avtomobil əsas yuyulma dövründən əvvəl çirkdən təmizlənməlidir. Əks təqdirdə, boya örtüyünə zərər vurma təhlükəsi var.
Beləliklə, avtomobilinizi zədələyəcək, tanımadığınız avtomobil yuma məntəqəsinə müraciət etmənizi məsləhət görmürük. Yalnız bildiyiniz və müsbət rəyləri olan avtomobil yuma məntəqələrini seçin.
Natiq Nazimoğlu