Banner

Ramiz Mehdiyevlə bağlı SENSASİYA: Ermənistanla necə əlaqə saxlayırmış?

Yazarlar 23 Noyabr 2025 14:21 Oxunub 462
Ramiz Mehdiyevlə bağlı SENSASİYA: Ermənistanla necə əlaqə saxlayırmış?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın keçmiş təhsil naziri, Milli Məclisin sabiq deputatı Firudin Cəlilov Prezident Administrasiyasının eks-rəhbəri, akademik Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib. Avtosfer.az xəbər verir ki, o, bu barədə "OTV Azerbaijan" youtube kanalına müsahibəsində danışıb. F.Cəlilov PA-nın keçmiş rəhbərinin təkcə Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib.

O qeyd edib ki, R.Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub:

“Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu, onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu”.

Sabiq nazir, həmçinin, Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq, bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib:

“Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o, həbs olunmalıdır. Onun Azərbaycan  elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib.”

Firudin Cəlilov əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub:

“Ramiz Mehdiyev, öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan  bütün işlərin icrasında  inkişaf olmayıb. Çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq, onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır”.

Qeyd edək ki, F.Cəlilov 1992-1993-cü illərdə təhsil naziri vəzifəsində çalışıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh