Rayon yollarında baş verən qəzaların sirri nədir? - VİDEO

Magistral yollarda baş verən qəzaların ağır fəsadlara yol açması yol infrastrukturunun düzgün təşkil olunmamasından da çox asılıdır. Bax elə gördüyünüz bu arakəsmə betonların düzgün qurulmaması deyilənə bariz nümunədir.
Son illər respublikanın sürətli magistral yollarında avtomobil qəzalarında həyatını itirən və ağır xəsarətlər alan insanların sayı az qala müharibə dövrünün itkiləri ilə “rəqabət” aparır. Əlbəttə qəzaların əsas günah payı qaydalara əməl etməyən, sürət həddini aşan, avtomobili sərxoş və yuxusuz halda idarə edən sürücülərin üzərinə düşür. Amma tək günahkar sürücülər deyil.
Mütəxəssislər də, sürücülər də deyir ki, yol infrastrukturunun düzgün təşkil olunmaması da qəzalara səbəb olur. Məhz yolların tez-tez sıradan çıxması və təmirə dayanması, tikintinin keyfiyyətsizliyi kimi amillər bu sıradandır.
Mütəxəsislər bildirir ki, bitumda qatqıların düzgün istifadə edilməmsi səbəbindən yollara vurulan asfalt qatı isti aylarda yüksək temperaturda əriyir və yollarda dalğalar əmələ gətirir. Bu da sürətlə hərəkətdə olan avtomobillərin yoldan çıxararaq qəzaya uğramasına səbəb olur.
Elə yolları ayıran metal arakəsmələr də yüzlərlə avtoqəzanın baş verməsinin səbəbidir. Bir çox avtomagistralda metal sədləri əvəz edən beton arakəsmələr də düzgün quraşdırılmayanda qəzalara yol açır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O bildirdi ki, bütün layihələr öncədən razılaşdırılır.
Yollarda nişanların düzgün quraşdırılmaması da qəzalara səbəb olur. Bu problem yol infrastrukturuna aid olsa da yol polisinə aid bir məsələdir. Əsasən şəhər və rayon ərazilərində bəzən yol nişanlarını ağacların budaqları örtür. Bəzən isə köməkçi yollardan ana yola çıxan avtomobillər gələn avtomobilləri görmək üçün avtomobilin ön hissəsini yola çıxarmalıdır ki, bu, sürətlə gələn digər avtomobilə çırpılıb qəza törətməsinə səbəb ola bilər.
Müqayisə üçün deyək ki, isti ərəb ölkələrində yolların tikintisi müasir standartlara uyğun tikilir və ən azı 25-30 il müddətində təmirə məruz qalmır.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










