Banner

Sahibi tərəfindən cərimə meydançalarına atılmış avtomobillər - VİDEO

Yazarlar 31 Yanvar 2015 02:14 Oxunub 5642
Sahibi tərəfindən cərimə meydançalarına atılmış avtomobillər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıdakı cərimə meydançalarında 10 ilin avtomobillləri qalmaqdadır

Cərimə meydançalarında illərlə qalan avtomobillər var. El arasında «maşın qəbirstanlığı», amma faktiki olaraq cərimə meydançası adlandırılır. Qəzada yararsız hala düşən, sahibi cərimə olunan nəqliyyat vasitələri, ya da ümumiyyətlə, sahibi tərəfindən unudulan avtomobilləri burda görmək olar. Bəlkə də, avtomobili olmayan insan üçün gülməli səslənə bilər. Heç avtomobili də unudarlar? Misal üçün, “Zaporojec” markalı avtomaşın kimi. Bəzi avtomobillər Bakının cərimə meydançalarından birində 10 ilə yaxındır ki, dayanır. Bundan başqa cərimə meydançasında elə avtomobillərə də rast gəldik ki, onlar burada beş-on illərlə sahibi tərəfindən atılıb qalıb. Səbəblər isə müxtəlifdir. Kimi qəza zamanı yararsız hala düşən avtomobilinə sahib çıxmır, kimi qəza zamanı ölən yaxının maşınından uzaq durmaq istəyir, kiminin də avtomobilinin cəriməsini ödəməyə əli gəlmir.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, 10 illər bundan öncə avtomobilini cərimə meydançasında atıb gedən avtomobil sahibləri var: "Hər il onların yaşadığı ünvana təkrar müraciətlərin göndərilməsinə baxmayaraq bu cür avtomobil sahibləri öz avtobillərini cərimə meydançasından götürmürlər”. 

Ancaq bu avtomobillər ömür boyu cərimə meydançalarında qala bilməz. Bəs onların aqibəti nəcə olur? Qanunvericiliyə görə avtomobilin cərimə meydançasında qalma müddəti qanunla tənzimlənmir.

“Nə qədər ki, avtomobil dövlət reyestirində qeydiyyatdadır, cərimə meydançasında qalır. Qanunvericilikdə belə bir mexanizm yoxdur ki, bu halda hansı addımların atılması gərəkir? Məhz qanunvericilkdə bu sualın cavabı yoxdur. Şünki, Dövlət Yol Polisi reyestirində tərk edilmiş həmin avtomobil konkret bir şəxsin adına qeydiyyatdadır” – deyə ekspert Ərşad Hüseynov vurğulayıb.

Bir sözlə, sahibi çıxmayan avtomobil, nəzəriyəyə görə cərimə meydançalarında sahibi çıxana qədər qalmalıdır. Yol hərəkəti qanunvericiliyinə əsasən, avtomobilin cərimə meydançasından yığışdırılması üçün sahibinin rəsmi qaydada ərizəsi tələb olunur ki, maşın polis qeydiyyatından silinsin. Ondan sonra sürücü avtomobilin taleyini özü müəyyən edir, detallarını satacaqsa satır, ya da maşın göndərilir emala. Əks halda, sürücüsü çıxmayan avtomobil sahibsiz əmlak kimi keçir dövlətin nəzdinə.

Ekspertin sözlərinə görə, avtomobillərin dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən proseduru var: “Belə ki, ərizə blankını doldurulur. Avtomobilin dövlət qeydiyyat nişanlarını və avtomobilin texniki pasportu dediyimiz sənədi təhvil verirsən. Bununla da avtomobil qeydiyyatı ləğv olunur. Ondan sonra avtomobil olur metal yığımı”.

Misal üçün, xarici ölkələrdən olan Fransa və Yaponiyada uzun müddət atılmış avtomobilin sürücüsü nəqliyyatına sahib çıxmadığı təqdirdə cərimələnir. Hər halda, bu, xarici ölkələrdədir. Azərbaycanda isə hələ ki. bunu tənzimləyəcək qanun yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh