Banner

Sürücü avtoqəzaya görə 1 ildir sığorta pulu ala bilmir – ŞİKAYƏT - VİDEO

Yazarlar 12 Mart 2025 23:06 Oxunub 244
Sürücü avtoqəzaya görə 1 ildir sığorta pulu ala bilmir – ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz|

Kürdəmir sakini düşdüyü avtoqəzaya görə 1 ildir ki, sığorta pulu ala bilmədiyini iddia edir.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Sığırlı kənd sakini Xəqani Əhmədlinin başına gəlib.

Dediyinə görə, o, ötən ilin aprelində idarə etdiyi avtomobillə qəzaya düşüb. Qəza nəticəsində nəqliyyat vasitəsinə xeyli zərər dəyib. Lakin hələ də sığorta ödənişini ala bilmir.

Xəqani Əhmədli deyir ki, həmin vaxt yol polisi əməkdaşları yerindəcə avtomobillərə baxış keçiriblər və hesablamalar aparılıb. Amma o vaxtdan bugünədək ona heç bir ödəniş edilməyib.

Məsələ ilə bağlı həmin sığorta şirkətindən bildirildi ki, ödəniş üçün lazım olan sənədlər zərərçəkən tərəfindən bu il martın 11-də daxil olub. İş ödənişə yönləndirilib.

Ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh