Sakinlər acınacaqlı durumda - "Şikayətimizə baxan yoxdur" - VİDEO

Abşeron rayonu, Məmmədli qəsəbəsinin sakinlərini narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.
Məlumata görə, polis və digər müvafiq qurumların nəzarəti ilə sözügedən ərazidəki antisanitar vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.
***
Abşeron rayonu, Məmmədli qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, ərazidə zibil qutuları olmadığından vətəndaşların əksəriyyəti tullantıları gölə atır. Həmçinin ətraf ərazilərdəki çirkab suları gölə axıdılır. Nəticədə ətrafa üfunət yayılır.
Aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyən sakinlər şikayətlərinin cavabsız qaldığını bildirirlər:
"Dəfələrlə şikayət etmişik, amma baxan yoxdur. Bələdiyyə əraziyə zibil qabı qoysaydı, camaat bura tullantı atmazdı".
Məsələ ilə bağlı Abşeron Rayon Məmmədli bələdiyyəsindən qeyd edilib ki, mövcud problemlərlə bağlı aidiyyəti qurumlara məlumat verilib, amma tədbir görən olmayıb:
"Vətəndaşlar zibil pulunu ödəmirlər, bunun əvəzinə zibilləri açıq əraziyə və gölə atırlar".
Üfunətə səbəb olan çirkab sularına gəlincə, bələdiyyədən bildirilib ki, sakinlər kanalizasiya borularını özləri gölə çəkiblər. Problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, Məmmədli qəsəbəsində mərkəzləşdirilmiş tullantı su şəbəkələri yoxdur. Amma təchizat sisteminin olmadığı ərazilərdə şəbəkənin yaradılması üçün layihə sənədləri hazırlanıb və inşa prosesi mərhələlərlə aparılır.
Ətraflı Baku TV-nin videomaterialında:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










