Sakinlər bu marşrutlardan ŞİKAYƏTÇİDİR: Köhnə avtobuslar və yorucu intervallar

Bakının Badamdar qəsəbəsində ictimai nəqliyyatla bağlı problem yaşanır. Sakinlər qəsəbəyə xidmət edən sərnişin avtobuslarının həddindən artıq uzun intervalından və köhnə olmalarından şikayətçidirlər.
Onlar bildiriblər ki, 29, 31 və 53 nömrəli marşrut xətlərində fəaliyyət göstərən avtobusların texniki vəziyyəti qənaətbəxş deyil və reysarası intervallarda ciddi gecikmələr müşahidə olunur.
"Xüsusilə pik saatlarda vəziyyət daha da ağırlaşır. Ən kritik vəziyyət 29 nömrəli marşrut xəttində müşahidə olunur. Bu avtobusu 40-45 dəqiqə gözləmək məcburiyyətində qalırıq", - deyə şikayətdə qeyd olunur.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a bildirildi ki, sözügedən xətlər üzrə işləyən avtobuslar yenilənəcək.
"Hazırda 29 nömrəli marşrutda hərəkət intervalı yeddi-səkkiz dəqiqə olmaqla on bir, 31 nömrəli marşrutda interval on dəqiqə olmaqla səkkiz, 53 nömrəli marşrutda interval səkkiz-on dəqiqə olmaqla on avtobus fəaliyyət göstərir. Lakin günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan sıxlıq avtobuslararası intervalın artmasına səbəb olur.
Daşıyıcılara avtobus sayının xüsusilə günün pik saatlarında sərnişin tələbatına uyğun nizamlanması və sürücülərin təyin olunmuş hərəkət cədvəlinə riayət etmələri barədə tapşırıq verilib.
Hazırda paytaxtda müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda, müsabiqəyə çıxarılması istiqamətində müvafiq işlər həyata keçirilir. 29, 31 və 53 nömrəli müntəzəm marşrutlar da müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək", - deyə qurumun açıqlamasında bildirilir.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











