Sakinləri bezdirən su problemi: "Məcburiyyətdən bataqlıqdan su götürüb içirik" - VİDEO

Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsinin sakinləri içməli su problemi ilə üz-üzə qalıblar. Sakinlər illərdir hökm sürən problemin həlli üçün aidiyyəti qurumdan kömək gözləyirlər.
"Suyumuz yoxdur, quru səhrada "su" deyib imdad edirik. Məcburiyyətdən bataqlıqdan su götürüb içirik", − sakinlərdən biri söyləyib.
Avtosfer.az-ın məlumatına görə, problemlə bağlı Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, sözügedən ərazi rayonun yeni salınmış yaşayış sahəsidir və rayonda su-kanalizasiya sistemi qurularkən bu ərazidə yaşayış mövcud olmadığından layihəyə daxil edilməyib.
Qurumun açıqlamasına görə, sonradan vətəndaşların müraciəti əsasında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən "Azərsu" ASC-yə müraciət olunub. İcazə alındıqdan sonra sakinlərin öz vəsaitləri hesabına müvəqqəti içməli su xətti çəkilib. Lakin bu xətt layihədənkənar olduğundan sayğacların quraşdırılması mümkün olmayıb. Qurumdan o da bildirilib ki, hazırda problemin tam şəkildə həlli üçün müvafiq qurumlar tərəfindən əlavə işlər aparılır.
Ətraflı Baku TV-nin süjetində:
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










