Sakinlərin evlərini yağış SULARI BASDI: Şikayətə baxan yoxdur - VİDEO

Yağış suları paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsinin sakinlərinin işini çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə müraciət edən vətəndaşlar yaşadıqları ərazidə kanalizasiya sisteminin olmamasından və bu səbəbdən həyətlərini, evlərini, zirzəmilərini su basmasından şikayətçidirlər.
Sakinlər onu da bildirirlər ki, dəfələrlə adiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Onlar ərazidən yağış sularının çəkilməsi və kanalın təmizlənməsi üçün öz hesablarına işlər görsələr də, indi vəziyyət daha da çətinləşib. Buna görə də problemi həll etməkdə aciz qalıblar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda qeyd olunan ünvanda yığılan suyun çəkilməsi mərkəzləşmiş şəbəkə olmadığına görə çətinləşir.
Qurumdan o da bildirildi ki, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası su təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla mərhələlərlə həyata keçirilir.
Ətraflı videomaterialda.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








