Sakinlərin kanalizasiya PROBLEMİ: Bütün otaqlar suyun içindədir ... - VİDEO

Bütün otaqlar suyun içərisindədir... Mənzildəki əşyalar isə sıradan çıxıb...
Avtosfer.az xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsi Bakavtomat yolu deyilən ərazidən gedir.
Evlər su içində qaldığından sakinlər yaşamaq üçün başqa yerdə köçüblər. Deyirlər ki, suyun içərisində qalan ev, həyət göyərib, qurbağala dolub. Sakinlər vəziyyətin bu cür davam etməsindən narazıdırlar. Bəzi sakinlər isə yağış suyundan qorunmaq üçün bənd çəkiblər.
Onların sözlərinə görə, əvvəlki illərdə belə hallar baş verməyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik.
Bildirildi ki, aidiyyəti üzrə İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Rayon Fövqəladə Hallar Komissiyasına müraciət olunmaq tövsiyə olunur. Xəzər rayon İcra hakimiyyətindən isə məsələyə münasibət öyrənə bilmədik.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











