Reklam

Şaxtada əyləci saz və işlək vəziyyətdə saxlamaq üçün – QAYDALAR

Yazarlar 10 Fevral 2020 23:09 Oxunub 2165
Şaxtada əyləci saz və işlək vəziyyətdə saxlamaq üçün – QAYDALAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hətta təcrübəli bir sürücü də gölməçələrdən keçərək oxşar vəziyyətə düşə bilər

Qarlı-şaxtalı su dəydikdən sonra avtomobili "əl əyləci"ndən istifadə edərək bayırda qoyursansa əyləc yastıqlarında olan suyun donması ehtimalı var. Bu səbəblə avtomobil kilidli təkərlər üzündən sadəcə hərəkət edə bilməyəcək. Avtosfer.az portalı belə bir vəziyyətdə necə davranacağınızı və mütləq nəyin edilməli olmadığını araşdırdı. Məlum oldu ki, hətta təcrübəli bir sürücü də gölməçələrdən keçərək oxşar vəziyyətə düşə bilər. Donmuş əyləclərlə əlaqəli bir vəziyyətdə ən vacib şey - mühərrikin köməyi ilə avtomobili yerindən tərpətməyə çalışmamaqdır. Var gücü ilə qaz verməklə əyləc mexanizmlərinin təmirinə düçar ola bilərsiniz.

Avtomobildə hansı əyləc sisteminin quraşdırıldığını dəqiq bilirsinizsə - yaxşıdır. Bunu müəyyənləşdirməyin asan olub-olmadığına əmin deyiləm. Arxa oxun təkərlərinə baxmaq lazımdır, çünki onlar ümumiyyətlə dayanacaq əyləci ilə kilidlənirlər. Mil arasından metal hissə olan, sürtünmədən güzgü tək parıldayan əyləc yastıqlarını görürsüz? Demək, disk sistemidir.

Paslanmış polad baraban təkər arxasında görünsə demək, baraban əyləcidir. Sonuncu vəziyyətdə donmuş yastıqlarla vaxt itirməli olacaqsınız. Problem ondadır ki, onlar bu barabanın içərisində yerləşirlər və onlara birbaşa çıxış yoxdur. Ancaq bu problemlə mübarizə üçün bir neçə yol var.

Avtomobil evin yaxınlığında olduqda qaynar su gətirin və barabanlara tökün. Buz əriyir - yastıqlar ayrılır. Doğrudur, güclü şaxtalarda hətta isti su da tez soyuyur və donur. Beləliklə, ya tez hərəkət etməli olacaqsınız, ya da su prosedurları zamanı avtomobili hərəkətə gətirməyə çalışacaq bir tərəfdaşa ehtiyac var.

Əlinin altında qaynar su yoxdursa köhnə tozsoranın borusunu və ya başqa bir elastik borunu avtomobilin səsboğucu borusuna bağlaya və onun köməkliyi ilə isti havanı dondurulmuş barabana gətirə bilərsiniz.

Baraban içərisindəki yastıqların sərbəst buraxmağın ən etibarlı yolu tıqqıldatmaqdır. Bunu etmək üçün təkəri çıxarıb çəkiclə taxta vasitəsi ilə perimetr boyunca əyləc barabanını tıqqıldadın. O vaxta qədər ki, oxda sərbəst fırlanmaq imkanı əldə edilsin. Bundan sonra əməliyyat ikinci təkərdə təkrarlanır. Əsas odur ki, barabanı birbaşa çəkiclə vurmayın. Çünki çatlaya bilər.

Disk əyləcləri ilə hər şey daha sadədir. Onları əritmək üçün yük yerində ehtiyatda "antifriz" olması kifayətdir. Yastıqlar olan supportlar nahiyəsindəki əyləc disklərinə tökülməlidir və sonuncular asanlıqla buzdan azad ola bilər.

"Antifriz" olmadıqda bir şüşə suda bir paket duz həll edə bilərsiniz və bu həlli yastıqların üzərinə tökə bilərsiniz. Təsəvvür edilən "reaqent" buzu yaxşı həll edir.

Belə vəziyyətlərə düşməmək üçün yuyulduqdan və ya gölməçələrdən keçdikdən sonra aşağıdakıları məsləhət görürük. Avtomobili dayanacaqda qoymazdan əvvəl yastıqları və əyləc mexanizmlərini qızdırmaq qurutmaq üçün bir neçə dəfə kəskin əyləc etməlisiniz. Bu prosedurdan sonra qorxmadan "əl əyləcini" istifadə edə bilərsiniz.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ismayil 16 Fevral 2020 08:20
Salam.Meni texmin8 23-24 yanvar tarixlarinde Qusar rayonunda DYP saxladi ve bildirdiki,vaxti kecen radarlarim var 4 defe hebs qoyulub mashna ve mashni elimnen alib duracaqa saxladlar.11 ay bunan evvelden 1 ay bunan evvele qeder radari var.Buvaxta qeder saxlanilmamisham ve bu radarlarin hecbirinen xeberim olmuyub.Yeni unvanima kagiz dashiyicida hecbir mektub veya bildirish gelmiyib radarar barede,bununla bele cerimelerde hamsi qerarlidi sistemde ve ustlerine debbe pulu gelib.Bu ne derecede qanunauygundu zehmet olmasa genish aciqlama ile melumat veresiz.Qabaqcadan teshekkur..!!