Səbail sakinləri yolsuzluqdan əziyyət çəkirlər: "Deyirik ki, pul verək... - ŞİKAYƏT - FOTO

Bakının Səbail rayonunda yerləşən Oqtay Daşdəmirov küçəsinin sakinləri uzun illərdir yolsuzluq problemindən əziyyət çəkirlər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət daxil olub.
Qeyd olunub ki, küçədə vəziyyət acınacaqlı hal alıb. Xüsusən də yağıntılı havalarda küçədə nə piyada, nə də avtomobillə hərəkət etmək mümkün deyil.
Şikayətdə o da vurğulanır ki, məsələ ilə bağlı dəfələrlə müxtəlif qurumlara, o cümlədən yerli bələdiyyə və icra hakimiyyətinə müraciət ediblər.
"Hər dəfə vəd verilir ki, küçəyə tezliklə yeni asfalt örtüyü çəkiləcək və problem həll olunacaq. Lakin illər keçməsinə baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır. Hətta bələdiyyəyə bildirmişik ki, qonşular yığılaq müəyyən məbləğ kömək edək, təki bu küçəyə asfalt örtüyü çəkilsin, yenə baxan yoxdur", - deyə şikayətdə bildirilib.



Səbail Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib.
"Son illər ərzində rayonunun müxtəlif ünvanlarında 70 km-dən artıq yolların asfalt örtüyü bərpa edilib. 2025-ci ildə də yolların asfalt örtüyü ilə təmin edilməsi işləri mərhələli şəkildə davam etdiriləcək. Müraciətdə qeyd olunan ünvan nəzarətə götürülüb",- deyə qurumun məlumatında bildirilib.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











