Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının SİYAHISI
Yazarlar
11 Sentyabr 2020 11:49

"Səfər Mehdiyev qohumlarını işdən çıxarmalı olacaq...". Bu iddianı DİA.AZ-a hökumətdəki mənbə məlumatında səsləndirib. Qaynaq iddia edir ki, son günlər ətrafında kifayət qədər qalmaqallı situasiya yaranan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev nəhayətdə geriyə doğru addım atmalı olacaq.
Mənbənin sayta söylədikləri:
"İlk əvvəl qohumlarına havələ etdiyi gömrük rıçaqlarını ləğv etməlidir. Ardından da zəruri kadr və struktur islahatları həyata keçirilməlidir. Bunlar hökumətin DGK rəhbərliyindən gözlədikləriir. Əks halda, Səfər Mehdiyevlə bağlı onun ürəyincə olmayan hadisələr baş verəcək. Həbslər belə mükkündür..."
Sayt xatırladır ki, Səfər Mehdiyev gömrükdə böyük bir qohumluq şəbəkəsi qurub. Həmin şəbəkə haqda məlumatı təqdim edirik:
1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri "udur”
2. Qayını ilhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz
3. Səfər Mehdiyevin köməkcisi Rəşad. (yaxin qohumudur)
4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. Iki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.
5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. Qara kassiya o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Laqistik "xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin "xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.
6. Qardaş oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir.
7. Bacısı oğlu Fərman. Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu.
Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə "güzəştlı”xidmət
göstərir.
8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor.
9. Bacısı oğlu Məhərrəm Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir.
10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəmiz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.
12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu.
13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu.
14. Bacı oğlusu Röşən Dövlət Gömrük komitəsində İşləyir. Saxta tabel yazılır əmək haqqı alır. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu.
15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi halını yaza bilmir.
16. Bacanağı Həsən Dövlət Kömrük Qozpitalında işləyir.
17. Dostu Elman Dövlət gömrük komitəsinin Qospitalında Baş həkimdi. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həps edilmişdir.
18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir.
19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır Amma işə cixmır.
20. Qardaşının kürəkəni Sahib İş adamlarina ucuz qiymətə mal cixardiğini bildirərək Broker Gömrük xidməti acmişdir.
21. Yeznəsinin Qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda Davud rəislik eliyir.
22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman Azterminalkompleks İstehsalat birliyində işləyir
23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif Dövlət Gömrük komitəsində (Yeznəsinin qardaşlari oğlu ücüdə gömrükdə işləyir)
24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P Azterminalkompleks İB işləyir.
25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektor
26. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. "Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.
Dia.az bildirir ki, hər halda belə bir şəbəkə DGK-da oturub az qala Azərbaycan dövlət büdcəsinə şəriklik etməsi Səfər Mehdiyevi hüquqi müstəvidə cavabdehliyə daşımalıdır...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Oxunub 9222
DİGƏR XƏBƏRLƏR
25 Yanvar 2026 12:38
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
14 Yanvar 2026 16:53
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
8 Yanvar 2026 21:27
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
7 Yanvar 2026 23:06
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
7 Yanvar 2026 12:00
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
30 Dekabr 2025 21:00
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
29 Dekabr 2025 23:06
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
29 Dekabr 2025 21:36
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
27 Dekabr 2025 00:00
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
26 Dekabr 2025 21:00
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
23 Dekabr 2025 19:39
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
20 Dekabr 2025 00:00
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
ŞƏRH YAZ











