Şəhidlər verən kəndlərin yol problemi: Qurumlar məsələyə niyə biganədir? - FOTO - VİDEO

Saz vəziyyətdə olan yolsuzluq maşını ilə 28 kilometr yolu nə qədər müddətə getmək olar? Deyəcəksiniz ki, maksimum yarım saata? Gəlin sizi təəccübləndirim: 1 saat 40 dəqiqəyə. Neftçalanın Şorsulu qəsəbəsindən Xəzər kəndinə gedən yolda bu acı təcrübəni yaşamışıq (Halbuki Bakıdan Neftçalaya 172 km məsafəni cəmi iki saata qət etmişdik).
Sakinlərin sözlərinə görə, artıq neçə ildir yol bu vəziyyətdədir. Hara şikayət ediblərsə, bir çarə görülməyib. Sakinlər hətta bildirirlər ki, televiziyalardan birində yayımlanan toy verilişdən gələn çəkiliş qrupuna yerli icra hakimiyyətindən yolu çəkməmək barədə tapşırıq verilib.
Təsəvvür edin, rayon mərkəzindən nəsə almaq üçün sakinlər siyahı hazırlayır, kimsə rayon mərkəzinə gedirsə, ona tapşırırlar. Lap qədim zamanlarda olduğu kimi.
Hər hansı fövqəladə vəziyyətdə xəstə üçün təcili yardım maşının bu yolu getməsi ağlasığmazdır. Heç getsə belə, vaxtında ünvana çata bilməz. Bunu sakinlər də anlayırlar, ona görə vəziyyəti nə qədər ağır olsa da, xəstələrini özləri xəstəxanaya aparırlar. Bu vaxt isə onların öz deyimi ilə desək, “bədənlərindəki orqanlar öz yerini dəyişməsi” bir yana, apardıqları insanın vəziyyəti daha da pisləşir.
Kəndə gedib-qayıdarkən ən çox diqqətimi çəkən məqamlardan biri də yol kənarındakı lövhələrdə əks olunan şəhidlərin fotoları oldu. Demək olar ki, yol boyu olan kəndlərin (Ramazanlı, Qazaxbərə, Xol Qaraqaşlı, Xol Qarabucaq) hər küçəsinə şəhidlərin fotoları əks olunmuş lövhələr vurulub.
Düşünürəm ki, yolun bu vəziyyətdə olması ən azı şəhidlərimizin valideynlərinə, əzizlərinə qarşı hörmətsizlikdir. Vətən yolunda canlarından keçənlərin doğmaları üçün 28 kilometr yolu təmir etmək o qədər də mürəkkəb bir iş olmamalıdır.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











