"Səhlənkardırlar, vacib xəbərləri də görmürlər..." - Ekspert sürücüləri TƏNQİD ETDİ

Hər dəfə qar yağıb yollar buz bağlayanda çoxlu avtomobil qəzaları baş verir.
Qəzalarda tək səbəb yolların buz bağlamasıdır, yoxsa sürücülərin səhlənkarlığı və ya təcrübəsizliyi də rol oynayır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzalara səbəb təkcə yolların buz bağlaması yox, həm də sürücülərin qeyri-peşəkarlığı, avtomobilə vaxtında qulluq göstərməmələridir.

Onun sözlərinə görə, hər il bu barədə maarifləndirici söhbətlər edilsə də, faydası olmur:
“Bunun spesifik səbəbi var. Bakıya çox qar yağmadığı üçün bu hadisəyə qəfil yaxalanırıq. Tez-tez yağıntı olsa, sürücülər hazırlıqlı olar. Əksəriyyəti bilir ki, Bakıya çox qar yağmır, buna görə də xərc çəkib yeni təkər almaq istəmirlər. Ən azından, sürücülər bilməlidir ki, köhnə təkər və ya nasaz avtomobillə yola çıxmaq olmaz. Heç olmasa, hava haqqında məlumatla tanış olmaq lazımdır. Bütün gün sosial şəbəkələrdə olan insanlar var ki, vacib xəbərləri görmürlər. Onlar daha çox əyləncə ilə maraqlanırlar. Qəzalarda sürücülərin rolu çox böyükdür. Onlar da nəticə çıxarmır, bəzən heç buna cəhd də etmirlər”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











