Sənədsiz evlərlə bağlı dəyişiklik - VİDEO

Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində yeni addım atılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlarda dəyişiklik edib. Sənədə əsasən, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblərdə dəyişikliklər aparılıb. Yeni tələblərə əsasən, bu əmlakların sənədləşdirilməsi zamanı şəhər və rayon xalq deputatları sovetinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək. Eyni zamanda, qeydiyyat zamanı sovxoz və ya dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, həyətyanı torpaq sahəsi ilə bağlı qaydanlanmış torpaq kitablarından çıxarışlar da nəzərə alınacaq.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərmanda edilən dəyişikliklər yaxın zamanda bu kateqoriyaya aid torpaq sahələrinin özəlləşdirilməsinə şərait yarada bilər:
"Bu, ölkədə sənədsiz fərdi yaşayış evləri və torpaq sahələrinin əhəmiyyətli hissəsini əhatə edir".
Qeyd edək ki, dəyişikliklərdən biri də mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarların tələb olunmamasıdır. Digər bir dəyişiklik isə torpaq sahəsinin ölçüsünün göstərildiyi halda, fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihəsidir. Layihə olmadığı və ya torpağın ölçüsünün göstərilmədiyi hallarda isə yaşayış evi və onun altındakı torpaq sahəsi əsas götürüləcək.
Ətraflı Baku TV-nin süjetində:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










