Sərnişin sayı kəskin azalıb: “Daşıyıcı şirkətlərə dotasiya ayrılsın” - EKSPERT

Yazarlar 6 İyul 2020 14:40 Oxunub 1550
Sərnişin sayı kəskin azalıb: “Daşıyıcı şirkətlərə dotasiya ayrılsın” - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Pandemiya şəraitində karantin rejiminin tətbiqi ilə küçəyə çıxan və fəaliyyətini davam etdirən şəxslərin sayının azalması ictimai nəqliyyatdan, eləcə də avtobuslardan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli azalmalara səbəb olub. Buna baxmayaraq avtobuslarla sərnişindaşıma xidmətləri göstərən şirkətlər fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Bu da sözügedən şirkətlərin gəlirlərinin azalmasına gətirib çıxarır.

Bəs hazırda avtobuslarla sərnişindaşıma xidmətləri göstərən şirkətlərin maliyyə vəziyyəti necədir?Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov bildirib ki, pandemiya iqtisadiyyatın bir çox sahələrinə, eləcə də, ictimai nəqliyyata mənfi təsir göstərərək gəlirlərin azalmasına səbəb olub: 

 

 

 

"Biz vaxtaşırı sərnişindaşımada rentabellik məsələsini ön plana çəkirik. Bu, elə bir sahədir ki, gəlirlər arzuolunan səviyyədə olmazsa və rentabellik təmin olunmazsa, bu sahənin inkişaf etdirilməsi, xüsusilə də, bu sahəyə sərmayənin yatırılması müşkül məsələyə çevrilir. Pandemiyanın sərnişindaşıma sahəsinə mənfi təsirlərini dərin tədqiqatlar aparmadan vizual müşahidələrlə görə bilərik. Çünki "evdə qal” prinsipinin tətbiq olunması, bir çox iş sahələrinin məhdud rejimdə fəaliyyət göstərməsi hərəkətdə olan insanların, xüsusilə sərnişinlərin sayının azalmasına gətirib çıxarır. Bu da nəticədə ictimai nəqliyyatdan istifadə edən insanların sayında kəskin azalmalara gətirib çıxarır. 

 

Bəllidir ki, pandemiya şəraitində fəaliyyəti zəruri olan vətəndaşların daşınması mütləqdir. İctimai nəqliyyatda sosial məsafənin qorunması isə xüsusi önəm daşıyır. Elə bu səbəbdən karantin dövründə daşıyıcı şirkətlər önündə daha bir öhdəlik müəyyən olundu ki, bu da pik saatlarda daha çox avtobusların xəttə buraxılması idi. Həmçinin metropolitenin fəaliyyətini dayandırması məhdud sayda iş sahələrində fəaliyyət göstərən sərnişinlərin avtobuslara üz tutmasına səbəb olacaq”.

 

Ekspert hazırda avtobuslarla sərnişindaşıma xidmətləri göstərən şirkətlərin gəlirləri ilə bağlı dərinləşdirilmiş araşdırmaların aparılmadığını bildirir:

 

"Bizim hazırda istinad edə biləcəyimiz hansısa tədqiqat məhsulu yoxdur. Lakin ümumi təhlillər göstərir ki, bu sektorun rentabellik məsələsi həqiqətən də günün aktual məsələlərindən biridir. Burada da sərnişindaşıma şirkətləri rentabelliyə və gəlirliyə baxmadan fəaliyyət göstərirlər. 

Düşünürəm ki, daşıyıcı şirkətlərin çətin duruma düşməsi məsələsini aidiyyəti strukturlar nəzərdən keçirirlər. Bu sahədə yumuşaq vergi siyasəti, daşıyıcı şirkətlərə müəyyən subsidiya və dotasiyaların ayrılması onların müflis olmasının qarşısını ala bilər. Çünki rentabellik olmadığı təqdirdə daşıyıcı şirkətlər xəttə daha çox avtobus buraxılmasında maraqlı olmurlar. Bu da sosial məsafə problemlərinə yol açmış ola bilər. Aidiyyəti struklturlar daşıyıcı şirkətləri dəstəkləyə biləcək müxtəlif güzəşt paketləri ilə onlara stimul verə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh