Sərnişinlər bu avtobusun fəaliyyətindən narazıdır – RƏSMİ AÇIQLAMA - VİDEO
Yazarlar
24 Noyabr 2024 00:00
Oxunub 218
Paytaxtın Zabrat qəsəbəsinin sakinləri 198 nömrəli avtobusun intervalının çox olmasından şikayətçidilər.
Avtosfer.az-ın məlumatına görə, sərnişinlər deyirlər ki, yaşadıqları ünvana getmək üçün uzun müddət gözləməli olurlar. Avtobuslar tez-tez işləmədiyindən onlar qəsəbənin mərkəzinə gedib. ordan da digər nəqliyyat vasitələrindən istifadə edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Xəzər Xəbər”ə bildirildi ki, gələn həftədən 198 nömrəli avtobusun hərəkət qrafiki və fəaliyyəti tam bərpa ediləcək.
Ətraflı videomaterialda.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR