Sərnişinlər ən çox hansı nəqliyyat növünə üstünlük verirlər? – SİYAHI

Bu ilin ilk 9 ayı ərzində nəqliyyat vasitələri ilə 1 milyard 565,2 milyon sərnişin daşınıb.
Avtosfer.az “Yeniavaz”a istinadən xəbər verir ki, 2025-ci ilin yanvar–sentyabr aylarında nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artıb.
Qeyd edək ki, sərnişindaşıma üzrə ən böyük pay avtomobil nəqliyyatının payına düşüb. Hesabat dövründə avtomobil nəqliyyatı ilə 1 milyard 392,4 milyon sərnişin daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çoxdur.
Bu ilin ilk 9 ayında avtobuslarla 1 milyard 330,6 milyon sərnişin daşınıb. Bu göstərici əvvəlki illə müqayisədə 6,6% artım deməkdir.
Dəmir yolu nəqliyyatında da artım qeydə alınıb. Belə ki, dəmir yolu ilə sərnişin daşınması 7 milyon 156,8 min nəfərə çatıb və bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.
Taksi xidmətindən istifadə edənlərin sayı isə 61,8 milyon nəfərə yüksəlib və 0,7% artım qeydə alınıb.
Metrodan istifadə edən sərnişinlərin sayı isə 162,5 milyon olub və ötən ilin eyini dövrü ilə müqayisədə 2,4% azalıb. Dəniz nəqliyyatından 19,3 milyon, hava nəqliyyatında isə 3,1 milyon sərnişin istifadə edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayı 9,8% azalıb, hava nəqliyyatında istifadə edən sərnişinlərin sayı isə 1,5% artıb.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








