Banner

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır? - AÇIQLAMA - VİDEO

Yazarlar 12 Mart 2025 20:06 Oxunub 1068
Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır?  - AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.

Avtosfer.az-ın məlumatına görə, “Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb.

Adıçəkilən taksi şirkətindən bildrildi ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır.

Lakin sertfikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Tələbə görə, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, bu günə kimi 40 minə yaxın taksi sürücüsü təlimə cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh