Şirkətlər taksidə istifadə olunanları sığortalamır - DYP cərimə yazsa kim ödəyəcək?

Son günlər çoxsaylı vətəndaşlar Avtosfer.az saytına müraciət edərək “Toyota Prius” markalı avtomobillərin sığorta şirkətləri tərəfindən sığorta olunmadığını və problem yaşadıqlarını bildirirlər. Eyni zamanda sosial şəbəkələrdə də bu barədə narazılıqlar var. Nəticədə sığortasız qalan “Prius”lar ya idarə olunmur, ya da sürüldükdə cərimələnirlər.
Bəs görəsən sığorta şirkətlərinin bu addımı hüquqi cəhətdən doğrudurmu? Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, mühərrikin həcmi kiçik olan və daha çox taksi kimi istifadə edilən, eləcə də qəza ehtimalı yüksək olan minik avtomobillərinin icbari sığortasıyla bağlı həqiqətən də problem yaranıb. “Problem ondan ibarətdir ki, belə avtomobillərin sahibləri mülki məsuliyyətinin icbari sığortası üçün elektron sistemdən yararlanmaq, elektron qaydada sığorta şəhadətnaməsi almaq istədikdə sistem onlara sığorta şirkətinin şəhadətnaməsini vermir. Sistemin işləmədiyi məlumatı ekrana çıxır. Şirkətlərə müraciət etdikdə isə sistemin işləmədiyini səbəb gətirərək məsələdən yayınırlar.”
Ərşad Hüseynov hesab edir ki, bu, inandırıcı, təbii və ciddi deyil. “Sığortaçılar çalışırlar ki, mühərrikin həcmi kiçik olan, illik sığorta haqqı 50 manatdan az olan avtomobilləri sığorta etməsinlər. Buna müxtəlif bəhanələr gətirirlər. Ən başlıca səbəb bu tipli avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmalarıdır. Taksilərin il ərzində bir neçə dəfə qəza etməsi sığorta riskini artırır. Sığorta şirkətləri sığorta təminatı verir, ödənişlər edir və təbii ki, o 50 manat onu qarşılamır”.
Hüquqşünas deyir ki, qanun bu cür davranışı qadağan edir. “Adından da göründüyü kimi, mexaniki nəqliyyat vasitəsinin istənilən növü öz avtomobilindən istifadəylə bağlı mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir. Yəni istənilən növ mexaniki nəqliyyat vasitəsinin sahibi öz mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir. İcbari - yəni məcburi sığorta. Məcburi olduğuna görə də “İcbari sığortalar haqqında” qanunda konkret olaraq 23.3-cü maddədə aydın şəkildə yazılıb ki, əgər riskli sığorta etdirmək istəyən şəxs sığortaçıya müraciət edirsə, sığortaçı heç bir halda bundan imtina edə bilməz. Kiçik mühərrikli avtomobilin sürücüsü sığorta şirkətinə müraciət edirsə, sığorta şirkəti mütləq onunla müqavilə bağlamalı, qanunda nəzərdə tutulmuş haqqı almaq şərtilə ona sığorta şəhadətnaməsi verməlidir.”
Ərşad Hüseynov bu problemlə qarşılaşan şəxslərə çıxış yolunu da göstərib. “Belə hallarda mühərrik həcmi kiçik olan avtomobil sahiblərinə tövsiyə edirik ki, Mərkəzi Banka müraciət etsinlər. Mərkəzi Bankın tabeliyinde olan sığorta nəzarət xidməti onların bu problemini həll etməlidir. Əgər hər hansı ciddi problem olarsa, istehlakçı kimi istehlak hüquqlarının qorunmasıyla bağlı müraciət etdikləri sığortaçıya qarşı məhkəmədə iddia qaldıra bilərlər. Mənəvi zərər gördüklərini də iddia edə bilərlər. Hətta bunun nəticəsində yolda hərəkət zamanı DYP tərəfindən cərimələnibsə təzminat iddiası da qaldırmaq olar”.
Nərminə Əli
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










