Banner

Skuterdən istifadə edənlərin nəzərinə - Xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər - VİDEO

Yazarlar 26 İyul 2025 21:10 Oxunub 1168
Skuterdən istifadə edənlərin nəzərinə -  Xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəmi bir dəfə skuterdən istifadə edən şəxsin kartından onun icazəsi olmadan abunə haqqı çıxılıb.  Avtosfer.az xəbər verir ki, "Jet" adlı şirkətə məxsus olan skuterlərdən istifadə üçün yüklədikləri tətbiq onları avtomatik abunə edib və hər ay kartdan ödəniş çıxır. Məlumat almaq üçün şirkətin sosial şəbəkəsinə daxil olduq. Məlum oldu ki, səhifədə olan şərhlərin əksəriyyəti elə eyni şikayətlə bağlıdır. Görünür, eyni problemlə üzləşən vətəndaşların sayı çoxdur. Sözügedən şirkətin skuterlərini istifadə edən şəxslərin digər problemi isə məbləğin yüksək olmasıdır. İstifadəçilərin sözlərindən də aydın olur ki, qısa məsafədə skuter sürmək taksidən belə baha başa gəlir. Qeyd olunan hallarla bağlı şirkətin əlaqə nömrəsinə və sosial şəbəkə hesablarına yazsaq da, onlardan cavab almaq mümükün olmadı.

Məsələ ilə bağlı AYNA-ya müraciət etdik. Agentlikdən bildirildi ki, məsələ araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh