SOCAR-ı məhkəməyə verib təzminat almalıdırlar - Ekspertdən SƏRT TƏKLİF

Son günlər vətəndaşlar sosial media hesablarında paylaşım edərək yanacağın keyfiyyətinin aşağı düşdüyünü, lakin sərfiyyatın artdığını bildirirlər.
Bəs bunun səbəbi nədir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Konkret.az”a açıqlamasında bildirib ki, yanacağın keyfiyyəti ilə bağlı son günlər şikayətlərin sayı artıb.

“Bu yaxınlarda tanınmış brendlərdən birinin rəsmi dillerindən məlumat aldım ki, SOCAR ilə aralarında intiriqa yaranıb. Yanacağın keyfiyyəti ilə bağlı onlara xeyli ziyan dəyib. Yeni avtomobillər satırlar. Həmin avtomobillər zəmanətlə istehlakçıya təqdim olunur. Zəmanətlə satılan bu avtomobillərə görə, sürücülər onlara tez-tez müraciət edir. Benzin nasosun sıradan çıxdığını bildirirlər. Şirkət də məcbur olub həmin nasazlığı aradan qaldırmağa çalışır. Nəticə etibarı ilə şirkətə ziyan dəyir. Nasosların qiyməti 1700 manat civarındadır. Bu, çox böyük məbləğdir. Bununla bağlı SOCAR ilə müzakirələr aparılıb. Yanacağın keyfiyyətinin artırılması ilə bağlı fikirlər öz əksini tapıb. Təklif olunur ki, bu məsələyə ciddi yanaşılsın. Çünki bu, vətəndaşlara ziyan vurmaqla yanaşı, həm də şirkətləri zərərə salır. Benzinə su və digər qatqılar əlavə olunur. Belə görünür ki, sürücülər SOCAR-ı məhkəməyə verib eyni qaydada təzminat istəməlidirlər. Çünki bununla bağlı dəfələrlə deyilsə də, dəyişiklik olmur. “Heydər Əliyev” adına neft emalı zavodu yaradılıb. “Aİ-95” premium benzin artıq xaricdən alınmır. Ölkədə istehsal olunur. Bu istehsal üçün də hər cür imkan var. Sadecə keyfiyyət məsələsinə diqqət yetirmirlər. Cənab Prezidentin sərəncamı ilə yeni qurum – Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Bu qurum birbaşa cənab Prezidentə tabedir. Ümid edirəm ki, bu qurum tam fəaliyyətə başlayandan sonra, sözügedən sahədə vəziyyətə nəzarət ediləcək. Hal-hazırda belə bir mexanizm yoxdur. Nəzarət olmadıqda zərər daha da genişlənir”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










