Banner

SOCAR-ın direktor müavini qəza törədib qaçdı: "Hara istəyirsən şikayət et" - FOTO

Qəzalar 1 Oktyabr 2023 11:09 Oxunub 4112
SOCAR-ın direktor müavini qəza törədib qaçdı: "Hara istəyirsən şikayət et" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qəza törədən məmur hadisə yerindən yayınıb. Bu barədə zərərçəkmiş sürücü Ceyhun Quliyev Avtosfer.az-a şikayət ünvanlayıb. O bildirir ki, hadisə sentyabrın 4-də, paytaxtın Əbdülvahab Salamzadə küçəsində baş verib. 10-FF-789 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü qaydaları pozaraq onun avtomobilini vurub və hadisə yerindən qaçıb: "Sürücü hadisə yerindən qaçdıqdan sonra mən polisə müraciət etdim. Qəza baş verən ərazidə kamera olmadığı üçün sürücünün tapılması bir az çətin oldu. Lakin digər kameraların köməkliyi ilə sürücünün hansı restoranın həyətindən hərəkətə başlaması məlum oldu. Mənim şikayətimdən sonra avtomobili idarə edən Elvin Nəsibov yaxınlaşaraq dəymiş zərəri müzakirə etməyə başladı. Lakin mənimlə razılaşmayaraq "get hara istəyirsən şikayət et" - deyib çıxıb getdi. Araşdırdıqdan sonra məlum oldu ki, həmin şəxs Dövlət Neft Şirkətinin (SOCAR) qazma və quyuların istismarı üzrə baş direktor müavini vəzifəsində çalışır. Qəzanı törədən Elvin Nəsibovun olmasına baxmayaraq, yol polisinə onun xalası oğlu Kamran Cəbiyev gedərək qəzada Elvinin adının hallanmamasına çalışıblar. Nəticədə protokol Kamran Cəbiyevin adına tərtib edilib. Ancaq mən bilirəm ki, qəzanı Elvin Nəsibov törədib.

Avtomobilinin də sığortası yoxdur. Mənim avtomobilimin də ehtiyat hisslərinin burada satışı olmadığı üçün, məcburam ki, xarici ölkədən sifariş verim. Lakin dəymiş zərəri ödəmədiyi üçün ehtiyat hissəsini sifariş verə bilmirəm" - deyə Ceyhun Quliyev bildirib.

O, aidiyyəti qurumlardan xahiş edir ki, məsələ yenidən araşdırılsın, qəzanı törədən sürücü layiqli cəzasını alsın və dəymiş zərər ödənilsin.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh